Oğurlanmış BMT əməkdaşları sərbəst buraxıldılar
Bizi izləyin

Dünya

Oğurlanmış BMT əməkdaşları sərbəst buraxıldılar

Yəmən hakim orqanlarına təşkilatın 2 əməkdaşının sərbəst buraxılmasında göstərdiyi səylərə görə təşəkkür bildirildi

BMT-nin Yəməndə oğurlanmış iki əməkdaşı sərbəst buraxıldı. Təşkilat məlumatı rəsmən təsdiqləyib.

“BMT təsdiq edə bilər ki, onun Yəmənin paytaxtında iki əməkdaşı oğurlanmışdı və indi onlar sərbəstdirlər”,-deyə təşkilatın mətbuat xidmətindən bildirilir.

BMT katibliyində Yəmən hakim orqanlarına təşkilatın 2 əməkdaşının sərbəst buraxılmasında göstərdiyi səylərə görə təşəkkür bildirildi.Mətbuat xidmətində hadisə barəsində əlavə şərhlər verilmir. “Biz hadisəni araşdırmağa davam edirik və hazırda ətraflı məlumat verə bilmərik”,-deyə BMT-də deyilib.

Qeyd edək ki, Suriyanın “Əl-Mayadin” telekanalının məlumatına görə, Yəməndə oğurlanmış kişi və qadın BMT-nin inkişaf proqramının əməkdaşları idi. Onların avtomobili naməlum silahlı şəxslər tərəfindən Yəmən paytaxtının cənubunda saxlanılmışdı.

Kişi və qadın maşından düşən kimi onları tutub başqa bir avtomobilə mindiriblər və naməlum istiqamətdə aparıblar./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm