• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hansı ölkələrin kəşfiyyatı Əsəd üçün casusluq edib?

  • Dünya
  • 15 Yanvar 2014 17:31
  • 511 Baxış
Hansı ölkələrin kəşfiyyatı Əsəd üçün casusluq edib?

Avropalı kəşfiyyat səlahiyyətliləri Suriya dövlət başçısı Bəşər Əsəd ilə gizli şəkildə görüşərək bu ölkədə vuruşan 1200 avropalı cihadçı haqqında informasiya verib.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Uall Street Journal” yazıb.Avropa ölkələrinin Suriyadakı səfirlərini geri çağırmasından bu yana tərəflər arasında ilk görüşün keçirildiyini yazan ABŞ nəşri qeyd edib ki, Avropada bu cihadçıların geri qayıtmasından sonra təhlükə yaradacağı ilə bağlı narahatlıq var. Qəzetə danışan Qərb və Orta Şərq ölkələrinin diplomatları bu görüşün “Əl-Qaidə” və digər radikal silahlı qruplarla bağlı kəşfiyyat paylaşmasını nəzərdə tutduğunu və hər hansı bir diplomatik dəyərinin olmadığını vurğulayıb.

“Uall Street Journal” həmçinin İstanbuldakı rejim əleyhdarlarının Bəşər Əsədin hakimiyyətdən getməyəcəyindən narahat olduğunu yazıb. Qəzet qeyd edir ki, müxalifət avropalı kəşfiyyatçıların Dəməşq rejimi ilə apardığı müzakirələrin Suriyadakı müxalif qruplara qarşı daha geniş bir əməkdaşlığına çevrilə biləcəyindən ehtiyat edir.

“Uall Street Journal”a danışan iki kəşfiyyat səlahiyyətlisinin sözlərinə görə, ingilis kəşfiyyat qurumu “MI6” əməkdaşı keçən il yazda Dəməşqə gedən ilk səlahiyyətli olub.

Bundan başqa alman, fransız və ispan kəşfiyyat səlahiyyətlilərinin də Dəməşqlə görüşdüyü bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR