Ərdoğanın daha bir qalmaqallı səsyazısı yayıldı
Bizi izləyin

Dünya

Ərdoğanın daha bir qalmaqallı səsyazısı yayıldı

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Dəniz Baykalın məlum seks kasetini baş nazir Rəcəb Tayyip Ərdoğanın yayımlatdığı iddia edilib.

Məsələ ilə əlaqədar olaraq "YouTube"da Ərdoğana aid olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısının baş nazirin sözçüsü Mustafa Varankın emailindən gizli olaraq əldə edildiyi iddia edilir. İddiaya görə, görüntülərin çəkilməsi və internetdə yayılması əmrini Ərdoğan verib: “Bunlar çox ədəbsiz hərəkətlərdir. CHP kimi partiyada bunun olması... CHP məhv olur. Bu videonun davamanı vermək lazımdır. Bunun sürətlə yayılması lazımdır”.

Qeyd edək ki, CHP sədri Dəniz Baykalın məlum seks kaseti üzə çıxdıqdan vəzifəsindən istefa vermişdi./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm