Dünya
Ukrayna özünümüdafiə dəstələri yaradır
Rus qoşunlarının Ukraynanın şərq vilayətləri üzrə istiqamət alması sərhəd bölgəsində yaşayan əhalini narahat edib.
“Axar.az” məlumat verir ki, məsələ ilə əlaqədar Xarkov vilayəti qubernatorunun müavini Vasiliy Xoma xüsusi müraciətlə çıxış etmək məcburiyyətində qalıb. Xoma narahatlığa əsas görmədiyini vurğulayıb:
”Rusiya ilə sərhədlərimiz son 23 il ərzində belə mütəşəkkil qorunmamışdı. Xarkov vilayəti sərhədləri üzrə lazımı tədbirlər həyata keçirilib. Hazırda milli ordunun əsgərləri hazırlıq təlimləri keçirlər. Bundan başqa, Rusiya ilə sərhəd kəndlərdə özünümüdafiə dəstələri formalaşmaqdadı. Sərhəd boyunca havadan qarşı tərəfin həmlələri nəzarətdə saxlanılır, təxribatçıların qarşısı alınır. Hətta tülkü belə kip şəkildə qorunan sərhəddimizdən keçə biməz”.
Quberniya rəsmisi həmçinin əlavə edib ki, Ukrayna prezidentinin xüsusi sərancamı ilə Xarkov vilayəti üzrə 2 minə yaxın şəxs mobilizasiya olunub.
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO