Silahlı qüvvələr: "Ordu beynəlxalq hüquqa uyğun olaraq hərəkət edib"
Bizi izləyin

Dünya

Silahlı qüvvələr: "Ordu beynəlxalq hüquqa uyğun olaraq hərəkət edib"

Suriya təyyarəsini vuran Türkiyə hərbçiləri hökumətin icazəsi ilə, milli və beynəlxalq hüquqa uyğun olaraq hərəkət ediblər. Bu barədə Türkiyə silahlı qüvvələri bəyan ediblər.

Suriya təyyarəsini vuran Türkiyə hərbçiləri hökumətin icazəsi ilə, milli və beynəlxalq hüquqa uyğun olaraq hərəkət ediblər. Bu barədə Türkiyə silahlı qüvvələri bəyan ediblər.

Bəyanatda həmçinin bildirilib ki, Süleyman Şahın türbəsi istisna olmaqla Türkiyənin Suriyada hərbi iştirakı yoxdur.

Xəbər verildiyi kimi, Suriya Hərbi Hava Qüvvələrinin iki MiQ-23 təyyarəsi bazar günü Türkiyə ilə sərhədin yaxınlığında uçuş həyata keçiriblər.

Onlardan biri Türkiyə hərbçilərinin xəbərdarlığına reaksiya verməyib və respublika ərazisinə 1-1,5 kilometrə dərinləşib. Bundan sonra o, havaya qaldırılan türk qırıcısından buraxılmış raketlə vurulub. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm