• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sərnişin təyyarəsi Almaniyada məcburi qəza enişi edib - RAKET BURAXILIB

  • Dünya
  • 27 Mart 2014 08:42
  • 1 345 Baxış
Sərnişin təyyarəsi Almaniyada məcburi qəza enişi edib - RAKET BURAXILIB

Fransa hava yollarına məxsus A380 sərnişin təyyarəsi martın 26-da yanacaq çatışmazlığı səbəbindən Almaniyanın şimalında yerləşən Hamburq hava limanına məcburi enişi edib.

AirFrans şirkətinin yaydığı məlumatda bildirilir ki, Şanxay - Paris reysini yerinə yetirən təyyarə yanacaq doldurmaq üçün Qazaxıstanda enməli idi. Amma həmin vaxt Qazaxıstanın hava məkanında raket buraxıldığından eniş və uçuş zolağı müvəqqəti olaraq heç bir təyyarəni qəbul etməyib. Pilotlar uçuşu davam etdirməyi qərara alıblar. Təyyarənin yanacağı Almaniyaya güclə çatdığından onlar Hamburq hava limanında qəza enişi etməyə məcbur olublar.

Yanacaq doldurduqdan sonra təyyarə uçuşunu davam etdirib və Şarl de Qoll hava limanına enib.
Təyyarə Parisə nəzərdə tutulduğundan 2 saat 10 dəqiqə gecikib. /Azərtac/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR