İtkin təyyarəni amerikalı milyarder partladıb - İnanılmaz iddia
Bizi izləyin

Dünya

İtkin təyyarəni amerikalı milyarder partladıb - İnanılmaz iddia

itkin təyyarəni amerikalı milyarder partladıb - İnanılmaz iddia

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Malayziya Hava yollarının itən təyyarəsinə bağlı yeni iddialar ortaya atılıb.

Xatırladaq ki, Malayziya Hava yollarına aid Boeing 777, 8 Martda Kuala Lumpurdan Çinin paytaxtı Pekinə getmək üzrə havalandıqdan qısa bir müddət sonra radarlardan itmişdi.

Mahatir Məhəmməd adına diqqət

Mahatir Məhəmməd, Malayziyanın sabiq baş naziridir. Ona "Malayziyanın Ərdoğanı" da deyilir. İndilərdə baş nazir olmasa da, o hələ də iqtidardadır. Onun razılığı olmadan ölkədə heç bir şey edilə bilməz.

Hələ də də Malayziyanın ən güclü adamı olan M. Məhəmməd, Haaqadakı Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsinin ədaləti təmin edə bilmədiyi səbəbiylə 2007də 'Kuala Lumpur Hərbi Cinayətlər Məhkəməsini qurdurmuşdu. M.Məhəmməd; İraq, Fələstin, Vyetnam və Yaponiya kimi bir çox yerdə hərbi cinayət işlənməsinə baxmayaraq, bunlara lazım olan cəzanın verilmədiyini deyir .

İsralil, Buş, Bleyer və Donald Ramsfeld mühakimə olunur

2011-ci ildən bu yana məhkəmədə Corc Buş, Toni Bleyer, Dik Çeyni, Donald Ramsfeld və ABŞ-ın sabiq baş prokuroru Alberto Qonzales kimi bir çox adam, İraq müharibəsində hərbi cinayət işlədikləri səbəbiylə qiyabi mühakimə olunurlar.

Vyetnam, Fələstin, Ruanda kimi bir çox müharibələrdə hərbi cinayət işlədikləri halda, Haaqa tərəfindən mühakimə olunmayan amerikalı, ingilis, israilli, fransız bir çox adamı mühakimə etmək istəyir, hətta mühakimə edir. Malayziyanın bu cəhdi qarşısında xeyli narahat olan İsrail, ABŞ, İngiltərə və Fransa rəhbərliklərinin 2011-сi ildən bu yana pusquda olduğu da iddia olunur. Sözügedən təyyarə hadisəsinin bir intqam alma əməliyyatı olma ehtimalı da gün keçdikcə böyüyür.

Təyyarə sərnişinlərindən 4 adamın şəxsiyyəti, hadisənin daha da kompleksləşməsinə gətirib çıxarır.

Baronların oyunu ola bilər

Çünki hadisənin bir ucu yenə baronların baronu Rotşhildlərə uzanır. Təyyarədə olan Peidong Vang, Jijun Çen, Jihong Çeng və Li Ying adlı sərnişinlər Jacob Rotşildə aid yarı keçirici işi edən, "Freescale Semiconducto"r firmasının patent ortaqlarıdır. Ortaqlıq razılaşmasına görə, beş ortaqdan dördü ölsə bütün patent Rotşildin firmasına keçir.

Türkiyədə də fəaliyyət göstərən" Freescale" firması, 4 milyard dollar sərmayəsi və 18 min işçisi ı olan gizli bir nəhəngdir.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm