Türkiyə ordusu Suriyaya girib - Şok iddia
Bizi izləyin

Dünya

Türkiyə ordusu Suriyaya girib - Şok iddia

Türkiyə ordusu sərhədi keçib - Şok iddia

Türkiyənin bir qrup hərbçisi tanklar və “Kobra” vertolyotları ilə Suriya sərhədini keçərək Azad Suriya Ordusuna (ASO) dəstək verib.Publika.Az – ın verdiyi xəbərə görə, belə bir iddia ilə Yunanıstanın hərbi saytı olan “defencenet.gr” internet saytı çıxış edib.

Saytın xəbərində deyilir ki, Türkiyə Silahlı Qüvvələrinin tankları və vertolyotları sərhədi keçərək Sahara və Kesep bölgələrində ASO-ya dəstək verib. Xəbərdə ASO və “Əl-Qaidə”yə bağlı "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması arasında şiddətli toqquşmaların baş verdiyi xatırlanır.

Xəbərdə həmçinin, Türkiyənin Süleyman Şah Türbəsinin 4 kilometr məsafəsində yerləşən İŞID silahlılarına ağır itki verdiyi qeyd edilib. “Türkiyə “F-16” təyyarələri sərhəd boyunca uçuşlarını davam etdirir. Suriya ordusu isə Hələb şəhəri yaxınlarındakı “SCUD-B” raket sistemlərini hazır vəziyyətə gətirib. Azad Suriya Ordusuna aid yaralılar Türkiyə təcili yardım maşınları ilə Hataydakı xəstəxanalara daşınır”, - “defencenet.gr” internet saytı qeyd edib.

Qeyd edək ki, 4 gün öncə Suriya hərbi təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasından sonra da rəsmi Dəməşq oxşar iddialarla çıxış etmişdi. Müdafiə Nazirliyinin açıqlamasında təyyarənin Suriya torpaqlarında vurulduğu və bunun ASO-ya dəstək məqsədilə edildiyi iddia olunmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm