• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Serj Sarkisyan Bəşər Əsədə təşəkkür etdi - Namə

  • Dünya
  • 27 Mart 2014 12:59
  • 615 Baxış
Serj Sarkisyan Bəşər Əsədə təşəkkür etdi - Namə

Ermənistan prezidenti Serj Sarkisyan Suriya dövlət başçısı Bəşər Əsədə məktub yazıb.

Publika.Az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, S.Sarkisyan məktubunda şiddətli döyüşlərdən sonra dünən müxalifətin əlinə keçən Keseb qəsəbəsindəki ermənilərin həyatından narahatlığını ifadə edib.

Ermənistan prezidenti qəsəbədəki ermənilərin bir hissəsinin Laziqiyyəyə köçürülməsinə işarə edərək B.Əsədə erməni əhalisini qoruduğu üçün təşəkkür edib. S.Sarkisyan məktubda “Hamımız Kesebin tarixini çox yaxşı xatırlayırıq. Keçən əsrdə təəssüf ki, bura ermənilərin sürgün edilməsi kimi dəhşətli hadisələrə səhnə olmuşdu” yazıb.

Erməni mediasının bir başqa xəbərinə görə, Keseb qəsəbəsindəki vəziyyətlə tanış olmaq üçün Suriyaya gedən erməni deputatları ölkənin prezidenti B.Əsədlə görüşəcəklər.

“Ermənistanın dənizə çıxışı yoxdur. Amma vətənimizin bir hissəsi olan Kesebin dənizə çıxışı var və biz onu itirdik. İnanıram ki, Kesebi ermənilərə qaytaracaqlar”, - erməni deputat Edmon Marukyan deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR