• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Butros Qali diasporamıza dəstək verir

  • Dünya
  • 27 Mart 2014 13:07
  • 348 Baxış
Butros Qali diasporamıza dəstək verir

Butros Qali: “II Qlobal Müştərək Cəmiyyətlər Forumu hamımızı narahat edən problemlərin müzakirəsi üçün çox önəmli platformadır”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində BMT-nin sabiq Baş Katibi Butros Butros Qali və Ukraynanın keçmiş prezidenti Leonid Kuçma ilə görüşlər keçirilib, geniş fikir mübadiləsi aparılıb.

Butros Qali Azərbaycanın dəstəklədiyi bu təşəbbüsün müxtəlif dinlər, mədəniyyətlərə məxsus olan xalqların konstruktiv dialoq altında toplanmasına böyük dəstək ola biləcəyini bildirib: “Xüsusilə aprel ayında Bakıda çox sayda liderin iştirakı ilə keçiriləcək forum bu gün hamımızı narahat edən problemlərin müzakirəsi üçün çox önəmli platformadır”.

1994-cü ildə Azərbaycana səfərini xatırladan Butros Qali böyük məmnuniyyətlə yenidən ölkəmizə gələrək Azərbaycanın inkişafı ilə bağlı eşitdiklərinin əyani şahidi olmaq və Nizami Gəncəvi irsinin bərpası üçün görülmüş təşəbbüsləri görmək istədiyini deyib.

Ukrayna paytaxtı Kiyevdə isə keçmiş prezident Leonid Kuçma ilə baş tutan maraqlı görüşdə tədbirin əhəmiyyəti, forumda müzakirə olunacaq mövzular, onların region üçün aktuallığı ilə bağlı fikri mübadiləsi aparılıb.

Qeyd edək ki, forumun işində Latviya, Litva, Estoniya, Finlandiya, İsveç, İspaniya, Almaniya, Ukrayna, Polşa, Moldova, Albaniya, Rumıniya, Bolqarıstan, Andorra, Türkiyə, Yunanıstan, Serbiya, Qırğızıstan, İordaniya, İsrail, Misir, Liviya, Portuqaliya, Hindistan, Pakistan, İtaliya kimi ölkələrin sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR