71 polisin adı xüsusi xidmət orqanlarına göndərildi
Bizi izləyin

Dünya

71 polisin adı xüsusi xidmət orqanlarına göndərildi

71 polisin adı xüsusi xidmət orqanlarına göndərildi


Türkiyə polisində Fətullah Gülən icmasına bağlı olan “paralel dövlətin” əsas adamlarının adları ortaya çıxıb.
Publika.Az -a türk mediasına istinadən xəbər verir ki, camaata yaxın şəxslərdən biri Türkiyə xüsusi xidmət orqanlarına 71 polisin olduğu siyahı göndərib.

Siyahıda adı keçənlərin yüksək səviyyəli polis şefləri olduğu deyilir. Onlar arasında camaatın polis imamı Kozanlı Ömər ləqəbli Hakan Hilmi Özdilin köməkçisi olduğu deyilən Qaçaqmalçılıqla mübarizə idarəsinin keçmiş rəisi Ahmet Pekin də adı var. Onun İğdır valisi olduqdan sonra vəzifəsini Polis kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ramazan Akyüreke dövr etdiyi bildirilir.
Siyahıda adı keçən əsas şəxslər bunlardır:

Ahmet Pek: Kozanlı Ömərin əsas köməkçisi olub. Baş nazir, nazirlər və digər məmurların gizli dinlənilməsini təşkil edib. Özündən yuxarı rütbəli polis müdirlərinin hamısını vəzifəsindən çıxardıb. İnformasiya cinayətləri ilə mübarizə üzrə idarə yaradaraq bütün illeqal informasiya raportlarının burda incələtdirib.

Ramazan Akyürek: İllik məzuniyyətini belə Kozanlı Ömərin icazəsi olmadan çıxmadığı deyilir. Ahmet Pek vali olduqdan sonra camaatın polisdəki əsas adı vəzifəsini Kozanlının istəyi ilə Akyüreke təhvil verib.

Mustafa Çankal: Tədris işlərinə baxar. Kozanlı Ömərin dəstəsindəndir.

Muammer Buçak: Camaatın ən kritik üzvüdür. Bütün təşkilat içindəki kritik yerdəyişmələri həyata keçirir. Onlardan olmayan polisləri hüquq müşaviri Hakan Özdölə həvalə edər.

Hakan Özdöl: camaata bağlı olan personalı vəzifələrə gətirir, onlara bağlı olmayanları vəzifələrindən azad edib yerlərini dəyişdirir. Bu yolla 3 min personalı yerdəyişməyə məruz qoyub.

Ömər Altıparmak: Kəşfiyyat rəhbəri olduğu zaman bütün gizli dinləmələrə imza atıb. İtmiş cihazlar onun vaxtında yoxa çıxıb.

Hamza Altıntaş: Kozanlı Ömərin bütün toplantılarının əsas mütəxəssisi. MİT-ə aid rəsmi avtomobillərlə MİT mənsublarının özəl avtomobillərinin məlumatlarının camaata ötürüb.

Qeyd edək ki, siyahıda digərlərinin də adı və gördüyü işlər yer alıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm