Barak Obama Roma Papası ilə görüşür
Bizi izləyin

Dünya

Barak Obama Roma Papası ilə görüşür

Barack Obama Papa Francislə görüşür

ABŞ prezidenti Barak Obama daha çox Ukrayna böhranı ilə bağlı olan Avropa səyahətinin üçüncü qolu kimi Roma Papası Fransislə görüşəcək. Publika.Az BBC-yə istinadən xəbər verir ki, o, Romaya Niderland və Brüsseldə Avropa İttifaqı liderləri ilə 3 günlük danışıqlardan sonra uçub.

Rusiya Ukraynanın Krım yarımadasını özünə birləşdirəndən sonra regionda gərginlik davam edir.Çərşənbə günü cənab Obama bildirib ki, ABŞ və Aİ Moskva növbəti icazəsiz müdaxiləni davam etdirərsə daha dərin sanksiyalar düşünür.Rusiyapərəst qüvvələr ayın əvvəlində Krım yarımadasını nəzarətinə keçirib, daha sonra Krımın Rusiyaya daxil olması barədə referendum təşkil olunub. Hərçənd ki, Qərb bu səsvermənin nəticələrini tanımır.

ABŞ Milli Təhlükəsizlik üzrə məsləhətçi yardımçısı Ben Rodes bildirib ki, prezident Obama Papa Fransisdən və onun dünyada bərabərlik ətrafında fəaliyyətindən ilhamlanıb.Onun sözlərinə görə, Obama Papanın liderliyini təqdir edir.Romada BBC müxbiri Alan Johnston deyir ki, bu iki nəfərin abort, qorunma və gey nigahları barədə fərqli fikirləri olsa da, çox güman ki, bu görüşdə onlar paylaşdıqları məsələlərdən danışacaq.

Papa ilə görüşdən sonra prezident Obama İtaliya prezidenti Giorgio Napolitano ilə görüşəcək və mətbuat konfransı keçirəcək.

Günorta onun Kolizeyə özəl səfəri gözlənilir.Obamanın bir həftəlik Avropa səyahəti cümə günü səhəri Səudiyyə Ərəbistanında bitəcək.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm