Yanukoviç üçüncü dəfə mətbuat konfransı keçirəcək
Bizi izləyin

Dünya

Yanukoviç üçüncü dəfə mətbuat konfransı keçirəcək

Yanukoviç üçüncü dəfə mətbuat konfransı keçirəcək

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rusiyada üçüncü dəfə jurnalistlərin qarşısına çıxacaq. Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 28 Mart tarixində baş tutacaq mətbuat konfransı Rusiyanın Rostov-Don şəhərində baş tutacaq.

Ukraynanın keçmiş prezidentinin əvvəlki iki mətbuat konfransı da bu şəhərdə keçirilmişdi. Onun hansı məsələlərə aydınlıq gətirəcəyi barədə məlumat verilmir. Qeyd edək ki, V.Yanukoviç əvvəlki mətbuat konfranslarını 28 Fevral və 11 Mart tarixlərində keçirib. O, birinci halda jurnalistlərin suallarını cavablandırsa da, ikinci halda qısa çıxışdan sonra mətbuat konfransının keçirildiyi zalı tərk edib.

V.Yanukoviç hər iki mətbuat konfransında Ukraynanın qanuni prezidenti olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm