Atillanın məzarı aşkar edilib
Bizi izləyin

Dünya

Atillanın məzarı aşkar edilib

Atillanın məzarı aşkar edilib

Macarıstan arxeoloqlar Hun hökümdarı Atillanın məzarını aşkar ediblər.

BayMedia xarici mətbuata istinadən xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə Dunay çayı üzərində yeni körpünün təməlini tikən tikinti işçiləri, 6-cı əsrə aid möhtəşəm tarixi türbə aşkar ediblər. Aşkarlanan abidə hunlarla bağlı tədqiqatçı üçün yeni çığırlar açıb. Artıq alimlər türbə ilə bağlı fikirlərini bildiriblər.

“Abidənin öyrənilməsi onu göstərdi ki, çox güman ki bu türbə elə böyük Hun lideri Kral Attilanın məzarıdır. Biz qəbirdə hamısı hunların adət-ənənəsi ilə bağlı olan çoxlu at skeletləri, həmçinin müxtəlif silah növləri və artefaktlar tapdıq”-bu sözləri Budapeştdə fəaliyyət göstərən Lorand Eötvös Universitetinin tarixçi alimi və türbəni tədqiq edən mütəxəssis qrupunun üzvlərindən biri Albrecht Rümschtein bildirib. T

apılan bu obyektlərə Atillanın əfsanəvi “Skiflərin Müqəddəs Müharibə Qılıncı” hesab edilən meteor dəmirindən hazırlanmış böyük qılınc da daxildir.

Əfsanəyə görə, bu qılınc ona Mars tanrısı tərəfindən verilib. Faktiki olaraq, aşkar olunan türbə Böyük Hun rəhbəri Atillanın məzarı olduğunu göstərir, lakin bunu daha dəqiq sübut etmək üçün araşdırmalar davam etməlidir.

Roma tarixçiləri tərəfindən "Allahın bəlası", “Tanrı Qırmancı Atilla” ləqəbi verilən, Hun hökmdarı Atilla, Orta Asiya mənşəli köçəri tayfalardan olduğu qeyd edilirdi. O 434-cü ildən 453-cü il vəfatına qədər Hun imperiyasına hökmdarlıq edib.

O, hər iki həm Şərqi, həm də Qərbi Roma imperiyası ərazilərində çoxlu hücumlar edəndən sonra Barbarların işğalı və ya Böyük Miqrasiya adlanan hərəkata səbəb oldu, bu hərəkat nəticəsində german tayfaları Roma imperiyası ərazilərinə keçməyə başladılar və Roma imperiyasının süqutuna və Avropada Orta Əsrlər Dövrünün başlanmasına səbəb oldular.

O, Macarların əksəriyyəti tərəfindən ölkənin banisi hesab edilir.

Bu məzarlığın aşkar edilməsi, Hun xalqının və Atillanın özünün mənşəyi və kimliyi haqqında əsrlər boyu müzakirələrə səbəb olan suallara çoxlu izah və cavablar verəcək.

Məzarlıqda aşkar edilmiş saxsı qabların hissələri, bəzək və zərgərlik əşyaları, Hunların yaxşı öyrənilməmiş tarixini və mədəniyyətini, onların mənşəyinin daha yaxşı öyrənilməsi üçün alimlərə və ümumbəşər tarixinə çox böyük töhfə verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm