Ukrayna Qazaxıstana nota verdi
Bizi izləyin

Dünya

Ukrayna Qazaxıstana nota verdi

Ukrayna Qazaxıstana nota verdi

Rəsmi Kiyev Krım hadisələri ilə bağlı mövqeyinə görə Qazaxıstana nota verib.

Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) informasiya siyasəti departamentinin başçısı Yevgeni Perebiynis söyləyib.

XİN rəsmisi notanın dünən Qazaxıstanın Ukraynadakı səfirliyinə təqdim olunduğunu deyib. Notada bildirilir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Haaqada keçirdiyi brifinqdə Ukraynadakı hadisələrlə bağlı bəyanatı narahatlıq doğurur. Notada bəyanatın hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normalarına, həmçinin iki ölkə arasındakı əməkdaşlığa zidd olduğu vurğulanıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra Qərbin yüksək ritorika, ittihamlar, təhdidlər və sanksiyalardan geri çəkilməli olduğunu, sülh axtarışının vacib olduğunu dilə gətirmişdi.

Bundan öncə isə rəsmi Astana Krım referendumun nəticəsini xalqın iradəsinin azad ifadəsi və xalqların öz müqəddəratını təyinetmə haqqının icra olunması kimi qiymətləndirərək Krım Muxtar Respublikasının Rusiyaya birləşməsini təmin edən referendumu tanımışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm