ABŞ-ın şərq hissəsi donur
Bizi izləyin

Dünya

ABŞ-ın şərq hissəsi donur

Amerika Birləşmiş Ştatlarının şərq hissəsi yenidən kəskin hava şəraiti ilə üzləşib. Əsasən Men və Massaçuset ştatında gün ərzində qarlı və çovğunlu havalar müşahidə olunub. Qalın qar qatı yollarda avtomobillərin hərəkətinə mane olub. Yolların donması nəti

Amerika Birləşmiş Ştatlarının şərq hissəsi yenidən kəskin hava şəraiti ilə üzləşib. Əsasən Men və Massaçuset ştatında gün ərzində qarlı və çovğunlu havalar müşahidə olunub. Qalın qar qatı yollarda avtomobillərin hərəkətinə mane olub. Yolların donması nəticəsində qəzalar baş verib.

Sürəti saatda 112 kilometrə çatan küləklər sahil bölgələrdə hündür dalğaların yaranmasına səbəb olub. Regionda temperatur mənfi 2 dərəcəyə qədər düşüb. Men ştatında bəzi şəhərlər elektrik kəsintisi ilə üzləşiblər. Milli Hava Agentliyinin dənizçilərə əvvəlcədən xəbərdarlıq etməsi ağır fəsadların qarşısını alıb. Rəsmilər vəziyyətlə əlaqədar məktəblərdə bir neçə günlük tətil elan ediblər.

Meteoroloqlar qarlı havaların həftə sonuna qədər davam edəcəyi barədə proqnoz veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm