Afrikada gəmi qəzasında ölənlərin sayı 251 nəfərə çatıb
Bizi izləyin

Dünya

Afrikada gəmi qəzasında ölənlərin sayı 251 nəfərə çatıb

Konqo Demokratik Respublikası hökumətinin sözçüsü Lambert Mende ölkədə 3 günlük matəm elan edildiyini bildirib.

Uqanda ile Konqo arasındakı Albert gölündə miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 251 nəfərə çatıb.

Konqo Demokratik Respublikası hökumətinin sözçüsü Lambert Mende ölkədə 3 günlük matəm elan edildiyini bildirib.

Uqanda tərəfi isə Konqoya getmək istəyənləri apararkən qəzaya uğrayan gəmidən 57-si uşaq olmaqla 107 meyit çıxardıqlarını, ümumilikdə isə ölənlərin sayının 251 nəfər olduğunu açıqlayıb.

Gəmidə 300 konqolunun olduğu bildirilir.

Qeyd edək ki, faciənin yaşandığı Böyük Göllər regionunda gəmi qəzalarına tez-tez rats gəlinir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm