• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Saakaşvili beynəlxalq axtarışa verilə bilər

  • Dünya
  • 28 Mart 2014 07:45
  • 405 Baxış
Saakaşvili beynəlxalq axtarışa verilə bilər

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili şahid qismində prokurorluğa sorğu-suala gəlməyəcəyi halda beynəlxalq axtarışa verilə bilər. Publika.Az BBC-yə istinadən xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə Saakaşvili sorğu-suala gəlməməklə millətinə və ölkəsinə hörmət etmədiyini və özünün dar maraqları çərçivəsində hərəkət etdiyini təsdiqləyəcək.

22 martda Hollandiyada olan sabiq prezident bəyan edib ki, "özünə lazım olan anda" Gürcüstana gələcək.

"Mənə ölkəmin nüfuzuna dəyər verirəmsə bir müddətlik Gürcüstandan getməyi məsləhət gördülər, belə ki, mənə qarşı cinayət təqibi Gürcüstanın avrointeqrasiya prosesini öldürə bilər", Saakaşvili izah edib.

Ölkənin sabiq liderinin sahid qismində adı keçdiyi cinayət işlərindən biri sabiq baş nazir Zurab Jivaniyanın ölümü ilə bağlıdır.Həmçinin Saakaşvilidən 2009-cu ildəki hərbi üsyanın yatırılması ilə bağlı xüsusi əməliyyat, dövlət mühafizəsinin vəsaitlərinin xərclənməsi və digər cinayət işləri barədə suallara cavab gözləyirlər.

Aydəmir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR