Ərdoğanın səsinin batmasının İZAHI
Bizi izləyin

Dünya

Ərdoğanın səsinin batmasının İZAHI

Ərdoğan səs qalınlaşdırıcı mikserdən istifadə edib

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın dünən Van və Diyarbəkrdə keçirdiyi mitinqlərində səsinin əvvəlki günlərlə müqayisədə daha da batması diqqət çəkib.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir gündə 3 mitinqdə çıxış edən baş nazir istirahət etmədiyi üçün müalicəsi müsbət effekt verməyib.

Həkimlərin “istirahət etməyiniz lazımdır. Van və Diyarbəkr mitinqlərini ləğv edək” təklifinə Ərdoğanın “O qədər vaxtdır məni gözləyirlər, olmaz” deyərək həkimlərin təklifini qəbul etmədiyi bildirilir. Vanda keçirilən mitinqdə səsinin batıqlığı və incəliyi diqqəti çəkən Ərdoğan üçün Diyarbəkrdə səs qalınlaşdırıcı mikserdən istifadə olunub.

Baş nazirin həmçinin xüsusi bal qarışıqlı bitki çaylarından istifadə etdiyi bildirilir. Onun dünən axşam “ATV” kanalında planlaşdırılan proqramı isə ləğv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm