Ukraynalılar Rusiya ərazisində partizan müharibəsinə hazırlaşır - İDDİA
Bizi izləyin

Dünya

Ukraynalılar Rusiya ərazisində partizan müharibəsinə hazırlaşır - İDDİA

Moskvada saxlanılan Ukrayna vətəndaşı “partizan” ola bilər

“Moskva ətrafında saxlanılan Ukrayna vətəndaşı partizan müharibəsinin iştirakçısı ola bilər”.

Publika.Az – ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyasının baş prokuroru yanında keçirilən operativ müşavirədə Rusiya prezidentinin Mərkəzi Federal Dairə üzrə nümayəndəsinin köməkçisi Nikolay Ovsiyenko söyləyib.

“Partizan müharibəsinin Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə bağlı birbaşa təhlükə var. Ortaya belə bir sual çıxır ki, biz hadisələrin bu cür inkişafına hazırıqmı?” – N.Ovsiyenko deyib. O, Rusiyaya gəlmiş Ukrayna vətəndaşının bir neçə gün əvvəl Moskva ərazisində saxlanıldığını, ondan çoxlu miqdarda döyüş sursatları və partlayıcı maddələrin götürüldüyünü xatırladıb.

N.Ovsiyenko Ukrayna vətəndaşı ilə bağlı cinayət işinin açıldığını bildirib. O, əlavə edib ki, ötən il ekstremist istiqamətli cinayətlərin sayı əvvəlki illə müqayisədə 20 faiz çoxalıb.

“Ukraynada hadisələrin inkişafı xüsusi narahatlığa səbəb olur”, - Rusiya prezidentinin Mərkəzi Federal Dairə üzrə nümayəndəsinin köməkçisi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm