Camaatın “Şəkər əməliyyatı”
Bizi izləyin

Dünya

Camaatın “Şəkər əməliyyatı”

Camaatın “Şəkər Əməliyyatı”


Türkiyədə “paralel dövlət” yaratdıqları deyilən Fətullah Gülən camaatının 65 sahibkara məxsus Adapazar Şeker fabrikini də ələ keçiribmiş.Publika.Az türk mediasına istinadən xəbər verir ki, 65 şəxsin təmsil olunduğu

Adapazar Çuğundur Səhmdarlar Korporasiyasına məxsus fabrikin camaata bağlı "Asiya" bankına kredit borcları olub. Krediti ödəyə bilmədikdə isə onlar fabrikin ərazisinin bir hissəsini borcun qarşılığında bankla təklif ediblər. Lakin bank bunu qəbul etməyib və məhkəmə davası açılıb. Nəticədə bütünlüklə fabrik bankın mülkiyyətinə keçib.

Məlumatlara görə, məhkəmə sistemində də yetərincə təşkilatlanmış camaat hakimləri qərarı bankın xeyrinə çıxardıb.

Maraqlı məqamlardan biri isə 2008-ci ildə kredit borcunu ödəmək üçün fabriki auksiona çıxardan APEK-ə qarşı “Şəkər Əməliyyatı” adlı altında cinayət işi açılıb. Məhz bu cinayət işindən sonra fabrik camaatın əlinə keçib. Hazırda 65 səhmdarın məsələ ilə bağlı Nazirlər Kabinetinə şikayət göndərdiyi deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm