Moskva İrəvanın xahişinə baxmaq “istəmir”
Bizi izləyin

Dünya

Moskva İrəvanın xahişinə baxmaq “istəmir”

Moskva İrəvanın xahişinə baxmaq “istəmir”

Bu ayın sonunda Rusiyada miqrantlar üçün müəyyən edilmiş üç aylıq müddət başa çatacaq.Publika.Az – ın verdiyi xəbərə görə, “Lragir” qəzeti Ermənistan hakimiyyətinin etdiyi xahişlərinə indiyə kimi Moskvanın baxmadığını yazıb.

Xatırladaq ki, Rusiyada 1 yanvar tarixindən qüvvəyə minən yeni miqrant qanununa görə, vizasız Rusiya ərazisinə daxil olanlar hər 180 günün yalnız 90 gününü bu ölkədə ola bilərlər. Yəni, Rusiya ilə viza rejiminə malik olmayan ölkə vətəndaşları bu ölkədə cəmi üç ay qalmaq hüququna malikdirlər, onlar sonra öz ölkəsinə dönməli, burada üç ay qaldıqdan sonra yenidən Rusiya gələ bilərlər. Qanunu pozanların isə üç il müddətində Rusiyaya girişi qadağan olunur.

Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Baqdasaryan yeni qanunla bağlı rusiyalı həmkarı Nikolay Patruşevə məktub yazıb. Məktubda Ermənistanın Gömrük Şurasına qəbul olmasına qədər miqrant qanununda ermənilərlər bağlı xüsusi güzətşlərin edilməsi xahiş edilir. Bundan başqa Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da vətəndaşlarına söz verib ki, Gömrük Şurasına üzvlüklə bağlı danışıqlarda erməni miqrantları üçün qaydalarda dəyişikliklərin edilməsi məsələsini qaldırılacaq.

Martın 21-ində isə məlum oldu ki, Rusiya Dövlət Duması Rusiya-Tacikistan razılaşmasını təsdiqləyib. Razılaşmaya görə, Tacikistandan olan miqrantlar Rusiya ərazisindən çıxmadan üç ilə qədər işləyə biləcək. Rəsmi İrəvanın da eyni güzəştləri gözləməsinə baxmayaraq, Rusiyanın erməni mmiqrantları ilə bağlı analoji qərarı nə vaxt verəcəyi, yaxud da verib-verməyəcəyi bəlli deyil.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunsa hesab edir ki, Moskva yeni miqrant qaydalarından keçmiş sovet respublikalarına qarşı təzyiq aləti kimi istifadə edir. Planlaşdırılan qrafikə uyğun olaraq Ermənistan 2015-ci ilin yanvarına kimi Gömrük Şurasına üzvlük prosesi başa çatmalıdır. Amma Moskva başqa proseslərdən narahatdır. Ukrayna hadisələri də göstərdi ki, proseslərin Moskvanın istəmədiyi istiqamətə döndərilməsi Qərb üçün çox da çətin deyil. Təsadüfi deyil ki, bir sıra ekspertlər Ukraynadan sonra növbənin Ermənistanda olduğunu bildirirlər. Məhz buna görə də Moskva əlindəki təzyiq alətlərinin köməyi ilə 2015-ci ilin əvvəlinə kimi Ermənistanın əlindən çıxmamasına çalışacaq.

Rusiyada 2014-cü il yanvar ayının 1-indən qüvvədə olan yeni miqrant qanunun ən çox zərər vurduğu ölkələrdən biri də Ermənistandır. Ermənilərin həm qısa, həm də uzunmüddətli miqrasiya elədiyi əsas ölkə Rusiyadır. Mövsümi miqrantların 95-96, uzun müddətə gedən miqrantların isə 75-76 faizi bu ölkənin payına düşür. Rusiya hakimiyyətinin məlumatına görə, hazırda ölkə ərazisində 170 min erməni qeyri-qanuni yaşayır. 2013-cü ildə Rusiya hakimiyyəti ölkəyə daxil olmağa çalışan Ermənistanın 23 min vətəndaşını ölkə ərazisinə buraxmayıb.

Ermənistanın dövlət büdcəsi 4 milyard dollara yaxın olduğu halda, Rusiyadan fərdi köçürmələr 1 milyard dollardan çoxdur. Rusiyadan fərdi köçürmələrin miqdarına görə, Ermənistan keçmiş sovet respublikaları arasında ilk yerlərdən birini tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm