• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ankara təşviş içində: Qərb onu yarıyolda qoydu

  • Dünya
  • 16 Yanvar 2014 12:22
  • 717 Baxış
Ankara təşviş içində: Qərb onu yarıyolda qoydu

İki gün əvvəl Türkiyə prezidenti Abdulla Gül ölkə hökumətini Suriya siyasətini yenidən gözdən keçirməyə çağırdı.

Yanvarın 14-ündə xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyənin xarici ölkələrdəki səfirləri ilə görüşən prezident bildirdi ki, Türkiyə siyasi reallıqlara uyğun olaraq diplomatiyasını və Suriya siyasətini yenidən gözdən keçirməyə məcburdur. Abdulla Gülün sözlərinə görə, Türkiyə “qarşılıqlı maraqlar çərçivəsində” Orta Şərqdə strateji xəttin axtarışı üçün səylərini artırmalı, “dözümlü, soyuqqanlı və inadlı” siyasət həyata keçirməli, ehtiyac olduğu halda, “susqun diplomatiya” metodlarından istifadə etməlidir.

Publika.Az –ın verdiyi xəbərə görə, türkiyəli ekspertləri Türkiyənin Yaxın Şərq siyasətində batdığı qənaətindədir.Politoloq Fehim Taştekin bildirir ki, Türkiyə Suriyaya qarşı Qərb ittifaqına daxil olmaqla özünü çətin vəziyyətdə qoydu. “Bəli, bu gün deyə bilərik ki, Türkiyə özünü çıxmaza aparıb. Halbuki, 2010-cu ilə qədər ölkə müvəffəqiyyətli xarici siyasət həyata keçirirdi. Türkiyə bütün qonşularla normal münasibətlər quraraq regionda təsirini gücləndirdi. Amma Suriya münaqişəsinə cəlb edilməsi və rəsmi Ankaranın Suriyanın daxili işlərinə müdaxiləsindən sonra pis vəziyyətə düşdü”, - türkiyəli ekspert bildirib.

Onun sözlərinə görə, Əsəd rejiminin devirilməsinə ümid edən Qərbin məqsədinə nail olmaması ilə Türkiyənin regional bağlı xarici siyasəti daha mürəkkəbləşdi. F.Taştekin regionda təhlükəli vəziyyətin əvvəlki kimi qaldığını bildirir.

Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kamer Kasım isə bir qədər fərqli düşünür. O, qeyd edir ki, çıxılmaz vəziyyətdə olan yalnız Türkiyə deyil. Ekspert Türkiyəni münaqişəyə cəlb edən ölkələrin də çətin vəziyyətdə olduğunu bildirir. “Suriya yalnız Türkiyənin problemi deyil. Türkiyə ABŞ və digər Qərb ölkələri ilə birlikdə hərəkət edir. Suriyada xalq rejimi dəstəkləmir və Türkiyənin Suriya ilə bağlı siyasətinin dəyişiklikdən danışıla bilməz”, - ekspert vurğuladı.

Ekspertlər həmçinin qeyd edirlər ki, Türkiyə dövlət başçısının ölkə hökumətinə son çağırışı heç də təsadüf deyil. Onlar Qərbin Əsəd rejimi ilə yaxınlaşma meyllərinin artmasından rəsmi Ankaranın narahat olduğunu bildirir.

Belə ki, dünən ABŞ-ın “Wall Street Journal” qəzeti avropalı kəşfiyyat səlahiyyətliləri Suriya dövlət başçısı Bəşər Əsəd ilə gizli şəkildə görüşərək bu ölkədə vuruşan 1200 avropalı cihadçı haqqında informasiya verdiyini yazmışdı.

“Wall Street Journal”a danışan iki kəşfiyyat səlahiyyətlisinin sözlərinə görə, ingilis kəşfiyyat qurumu “MI6” əməkdaşı keçən il yazda Dəməşqə gedən ilk səlahiyyətli olub. Bundan başqa alman, fransız və ispan kəşfiyyat səlahiyyətlilərinin də Dəməşqlə görüşdüyü bildirilir.

BBC də ABŞ, İngiltərə və Almaniya kəşfiyyat səlahiyyətlilərinin Əsəd rejimi ilə görüşdüyünü xəbər verib. Qərb ölkələrinin Suriya rəhbərliyi ilə yenidən təmasa keçməsi barədə xəbərlər ilk dəfə ərəb mediasında çıxmışdı. Suriya xarici işlər nazirinin köməkçisi Faysal Mikdad da BBC-yə müsahibəsində Qərb kəşfiyyat xidmətlərinin radikal islamçı qruplarla mübarizə məsələsini müzakirə etmək üçün Dəməşqə səfər etdiklərini söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR