• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Təcili referendum keçirilməlidir - Yanukoviç

  • Dünya
  • 28 Mart 2014 14:03
  • 371 Baxış
Təcili referendum keçirilməlidir - Yanukoviç

Viktor Yanukoviç Ukrayna xalqına müraciət edərək ölkənin tərkibindəki hər bir regionun statusu haqqında referendum keçirməyə çağırıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V.Yanukoviç bildirib: "Qəlbən sizinlə olan Prezident kimi Ukraynanın hər bir sağlam düşüncəli vətəndaşını fırıldaqçıların sizdən istifadə etməməsinə çağırıram. Ukraynanın tərkibindəki hər bir regionun statusunun müəyyənləşdirilməsi haqqında referendum keçirilməsini tələb edin".

Onun sözlərinə görə, təcili növbədənkənar seçkilər deyil, yalnız ümumukrayna referendumu siyasi vəziyyəti xeyli sabitləşdirə və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruya bilər.Bundan başqa, V.Yanukoviç Regionlar Partiyasının qurultayına müraciət edərək onu partiyanın fəxri sədri səlahiyyətindən və üzvlüyündən azad etməyi xahiş edib.

Devrilmiş Prezident son aylar Ukraynada baş verənləri silahlı dövlət çevrilişi kimi qiymətləndirib: "Çevriliş müxalifət tərəfindən bəzi Qərb dövlətlərinin köməyi ilə həyata keçirilib. Bu baxımdan Ukraynanın cənub-şərqindəki etiraz tam məntiqə uyğundur".

V.Yanukoviç əmindir ki, Ukraynada qanuni hökumətin devrilməsi ssenarisi Qərb ölkələrində hazırlanıb: "Bu, ilk belə ssenari deyil".O, Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin imzalanmaması məsələsinə də toxunub: "Həmin sazişi təqdim edilən formatda imzalaya bilməzdim, çünki Ukraynanın milli maraqlarına uyğun gəlmirdi".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR