ABŞ İran, Somali və İraqla bir sırada- Hesabat
Bizi izləyin

Dünya

ABŞ İran, Somali və İraqla bir sırada- Hesabat

ABŞ İran və İraqla bir sırada- Hesabat

İnsan haqları qrupu "Amnesty International"ın 2013-cü il hesabatına görə, dünya boyu edamların icra olunduğu ölkələrin siyahısında birinci yerdə Çin, ondan sonrakı yerlərdə isə İran, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar durur.


​​​​ ​Publika.Az xəbər verir ki. "Amnesty International" ın əməkdaşı keçən il İraq və İranda edam hökmlərinin xeyli artdığını deyir. “Bizim hesabata görə keçən il İranda 369 nəfər edam edilib ki, bu dərin narahatlıqlara səbəb olub. Biz inanırıq ki, bu ölkədə edam edilənlərin sayı daha çoxdur.”

Hesabatda keçən il İraqda 169 nəfərin edam edildiyi bildirilir. Somali də bu siyahıda yer alır ki, orada keçən il 34 nəfər edam edilib.

Edam halları əsasən Somalinin Pantland regionunda həyata keçirilir. Amma bu ölkədə edam edlənlərinin sayının gizlədildiyi güman olunur.

"​​Amnesty"nin yazdığına görə, Çin həbsxanalarındakı məhbusların sayına görə orada minlərlə insan edam edilir. Bu ayın əvvəlində Çinin yüksək səviyyəli qanunvericisi Zanq Tayvey Pekinin cinayətkarlar arasında ölüm hökmü alanların sayının azaldılması məsələsinə baxacağını deyib. Onun sözlərinə görə, Cinayət Məcəlləsində dəyişilik bu ilki qanunvericiliyin gündəmində yer alıb və ölüm cəzalarının tədricən aradan qaldırılması nəzərdən keçiriləcək.

Lakin Çinin də edamla bağlı siyasətini gizli saxlamaqda davam etdii deyilir. ​​Hesabatda bildirilir ki, 39 edam cəzası ilə Birləşmiş Ştatlar 2013-cü ildə 79 edam cəzası olan Səudiyyə Ərəbistanından sonra 5-ci yerdə gedir. ABŞ-ın farmakologiya təşkilatları edam üçün istifadə edilən dərmanları verməkdən boyun qaçıraraq, rəsmilərin bu sahədə başqa yollar aramalı olduqlarını deyirlər.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm