
AKP-dən minə yaxın şəxs istefa verib.Publika.Az türk mediasına istinadən xəbər verir
ki, AKP-nin Gölbaşı bölgəsindəki yerli təşkilatından minə yaxın üzv
Ankara Bələdiyyə sədri melih Gökçekin sözlərinə etiraz olaraq bu
qərarı veriblər. istefa verənlərdən 100-ü bu gün səhər MHP Bələdi
Məclis üzvlüyünə namizəd olan Ramazan Şimşekin seçki bürosuna
gəliblər. AKP-dən istefa etdikləri bəyanatları əllərində havaya
qaldırıblar. Daha sonra bir-bir Cemal Likalaya veriblər.
C. Likala açıqlama ilə çıxış edib: “Son dövrlər şahidi olduğumuz acı reallıqlar bundan sonra AKP-də siyasətlə məşğul olmaq imkanımızın qalmadığını bizə göstərdi. Taleyimizi həvalə etdiyimiz idarəçilərimiz ətraflarındakı rüşvətxorluğu, oğurluğu göməzdən gələnlər problemləri aradan qaldırmaq əvəzinə gərginlik yaradaraq millətin rahatlığını pozurlar. Dünən birlikdə addımladıqları dostlarına bu gün terrorist deyəcək qədər dəyişənlərin, sabah bu günki dostlarına nələr deyə biləcəkləri indidən ortadadır”.
AKP-ni sərt tənqid edən C. Likala partiyadan istefa verdiklərini bəyan edib. Bildirib ki, istefa verənlərin sayı minə yaxındır.“Gölbaşında çıxış edən Ankara bələdiyyə sədri Melih Gökçekin Ramazan Şimşekin adını çəkərək “biz o uşağı heç sevməmişdik” deməsi mənə pis təsir etdi. Bunu da deyim: Biz də Melih Gökçeki heç sevmədik. Bizim Gölbaşında siyasi dostlarımız var, bələdiyyə sədrləri ilə, bələdiyyə sədrliyinə namizədlərlə heç bir problemimiz yoxdur. Kənardan biri gəlib mən Gölbaşında birini sevmədim deməyi bizə pis təsir etdi”-deyə o qeyd edib.
Daha sonra istefa verənlər Gölbaşı poçtuna gedərək istefa
ərizələrini göndəriblər.
Asif