• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Əsəd Türkiyədən BMT-yə şikayət etdi

  • Dünya
  • 28 Mart 2014 18:46
  • 411 Baxış
Əsəd Türkiyədən  BMT-yə şikayət etdi

Suriya, Türkiyəni "Əl Nusra" terror təşkilatı da daxil olmaqla ölkənin şimalındakı silahlı qruplara hərbi dəstək verməkdə günahlandırıb. Son bir neçə gün içində BMT-yə Türkiyə və İsrail ilə əlaqədar yeddi rəsmi məktub göndərilib.

Publika.Az Suriya Ərəb Xəbər Agentliyi SANA-ya isitinadən bildirir ki, Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Bəşər Əl Cəfəri BMT-nin Nyu Yorkdakı qərargahında təşkil etdiyi mətbuat konfransında İsrailin də atəşkəs bölgəsi və ətrafında ‚terroristlərə dəstək verdiyini iddia edib.

Cəfəri, Türkiyənin də öz torpaqlarından gələn və Laziqiyyənin Keseb bölgəsinə hücum edən silahlı qruplara əsgəri dəstək təmin etməkdə suçlayıb. Türk ordusunun bu ana qədər terror qruplarının hücumlarına əsgəri dəstək təmin etdiyini deyən Cəfəri türk ordusunun ilk dəfə açıq şəkildə terroristlərə silahlı dəstək təmin etdiyinə diqqət çəkib. Cəfəri Türkiye, İsrail, Səudiyyə Ərəbistanı, Qatar və terror qrupları arasında koordinasiya və əməkdaşlıq olduğunu da deyib.

SANA - nın xəbərinə görə Suriya Xarici İşlər və Diaspor Nazirliyi, BMT baş katibinə, Təhlükəsizlik Şurası və komitələrinə göndərdiyi məktublarda İskəndərunun Liva bölgəsindən girərək Suriyanın Keseb bölgəsinə hücum edən terror qruplarına Türkiyə dəstəyinin qınanması üçün təcili və təsirli addımlar atmasını tələb edib.

Aydəmir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR