NATO-ya yeni Baş katib seçildi
Bizi izləyin

Dünya

NATO-ya yeni Baş katib seçildi

NATO Norveçin sabiq Baş naziri Yens Stoltenberqin alyansın yeni Baş katibi seçildiyini təsdiq edib.

NATO Norveçin sabiq Baş naziri Yens Stoltenberqin alyansın yeni Baş katibi seçildiyini təsdiq edib.

Yeni Baş katib 2014-cü il oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.

NATO Şurası bu gün Y.Stoltenberqi təşkilatın Baş katibi və təşkilatın Şurasının sədri vəzifəsinə təyin edib.

NATO-nun mətbuat katibinin müavini Karmen Romero "Twitter"də yazıb ki, NATO ölkələrinin səfirləri bu qərarı yekdilliklə qəbul ediblər.

Qeyd edək ki, NATO-nun hazırkı Baş katibi Anders Foq Rasmussen 2009-cu il aprel ayından təşkilata rəhbərlik edir. Onun səlahiyyətləri 2014-cü il sentyabrın 30-da başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm