“Müqavimət göstərin, Rusiyanın...” – Türkiyənin düşmənlərinə ŞOK ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

“Müqavimət göstərin, Rusiyanın...” – Türkiyənin düşmənlərinə ŞOK ÇAĞIRIŞ

Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Gültan Kışanak təhlükəsizlik güclərinin təşkil etdiyi müvəffəqiyyətli əməliyyatlarla məğlubiyyətə uğrayan PKK terrorçularını ruhlandırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın siyasi qanadı KCK-nın nümayəndələri ilə görüşən Kışanak Rusiyanın hərbi köməyinin gələcəyini deyib.

“Müqavimət göstərin, ruslar köməyə gəlir. Hazırda Rusiya ilə razılaşma əldə etməyə yaxınıq. Rusiya bizə silah yardımı göndərəcək. Hətta iki yük avtomobili yoldadır. Bu müqavimət davam etməlidir. Qəndildən təlimat bu istiqamətdədir. Rusiyanın verəcəyi silahlar arasında tank əleyhinə silahları da var”, -HDP-nin həmsədri bildirib.

O, Diyarbəkr vilayətinin Sur mahalındakı terrorçulara dəstək verilməli, silah və digər hərbi ləvazimatların çatdırılmalı olduğunu söyləyib. O, mahaldakı terrorçuların çox çətin vəziyyətdə olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm