Putin Obamaya yeni işğal dalğasının mesajını verdi: Telefon danışığı
Bizi izləyin

Dünya

Putin Obamaya yeni işğal dalğasının mesajını verdi: Telefon danışığı

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə telefon söhbətində Ukrayna böhranını müzakirə edib.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə telefon söhbətində Ukrayna böhranını müzakirə edib.

Putin həmkarına Ukraynadakı vəziyyəti nizama salmaq üçün beynəlxal birliyin mümkün addımlarını nəzərdən keçirməyi təklif edib.

"Putin ekstremistlərin azğınlığının davam etməsi, onların cəzasız qalaraq, Kiyevin müxtəlif regionlarında dinc sakinlərə, hakimiyyət strukturlarına, asayiş keşikçilərinə münasibətdə vahimə yaradan hadisələr törətməsini Obamanın diətinə çatdırıb. Rusiya prezidenti bu kontekstdə vəziyyəti sabitləşdirmək üçün beynəlxal birliyin mümkün addımlarını nəzərdən keçirməyi təklif edib", - Rusiya mətbuatı yazır.

Rusiya prezidenti həmçinin Dnestryanı bölgəsinin faktiki olaraq blokadaya alındığını bildirib. O, deyib ki, bu blokada region əhalisinin həyatını çətinləşdirir, onların inkişaf etməsinə, normal ticarət və iqtisadi fəaliyyətinə maneəçilik törədir.

Prezidentlər Ukrayna böhranının aradan qaldırılması istiqamətində birgə əməkdaşlığın konkret parametrlərinin iki ölkənin xarisi işlər nazirləri arasına yaxın günlərdə müzakirə olunması barədə razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm