Krım tatarları ərazi muxtariyyəti istəyir- Yeniləndi
Bizi izləyin

Dünya

Krım tatarları ərazi muxtariyyəti istəyir- Yeniləndi

Krım tatarları bu gün qərarını verəcək

Bağçasarayda keçirilən Krım tatar xalqının qurultayı Krımda milli muxtariyyət yaradılmasına başlamaq haqqında qərar qəbul edib, xalq müvəkkillik orqanı olan qurultayın növbədənkənar iclasında qəbul olunmuş qətnamədə deyilir.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Krım tatarlar Məclisinin sədri Refat Çubarov jurnalistlərə bəyan edib ki, bu sənəd Ukraynanın ilhaqını və Ukraynanın yarımadanın ərazisini itirdiyini tanımır.Çubarov həmçinin ehtimal edib ki, Krım tatar xalqı muxtariyyət yaratmaq arzusunu təsdiqləmək üçün milli referendum keçirə bilərlər.

“Krım tatar xalqının qurultayı Krım tatar xalqının tarixi ərazisi olan Krımda Krım tatar xalqının milli-məhəlli muxtariyyətinin yaradılması üzrə siyasi və hüquqi tədbirlərə başlanıldığını elan etmək haqqında qərar qəbul edib”, - sənəddə deyilir.

Qurultay eyni zamanda Məclisə beynəlxalq təşkilatlarla (BMT, ATƏT və s.) və ölkə hökumətləri ilə əlaqələr yaratmaq tapşırığı verib.Mətbuat konfransında Refat Çubarov Ukrayna parlamentinin bu qərara münasibət bildirəcəyində şübhələnmədiyini bəyan.

Qurultayın iclasında Məclisin bütöv tərkibi, Krım müftisi Emirali Ablayev, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin iştirak ediblər.

Status

Bundan əvvəl krım tatarlarının qurultayı paytaxt Simferopolda keçib. “Ukrayinskaya pravda” qəzetinə əsasən bu dəfə rusiyapərəst qüvvələrin mümkün "təxribatlarına yol verməmək" üçün ənənəyə riayət edilməyib.

Qurultay müxtariyyətin yaradılmasının siyasi və hüquqi prosedurlarını nəzərdən keçirməli və müvafiq qanun layihəsini səsverməyə çıxarılmalıdır.

Çubarovun sözlərinə görə, yerli xalqın razılığı və yaxud da müvafiq müraciəti olmadan onun yaşadığı ərazidə hərbi hərəkətlər aparıla bilməz.

"Biz bundan çıxış edirik ki, bu günlərdə Krımın statusu Krımda yerli xalq olan krım tatarlarının açıq iradəsi və razılığı olmadan dəyişdirilir”, Çubarovun nitqindən “Ukrayinskaya pravda” qəzetində iqtibas gətirilir.

Kvota

Qurultaydakı siyasi məsələlərin müzakirəsində Məclisin tam tərkibi işitirak edir.İclasın başlanmasından əvvəl Krım parlament sədrinin birinci müavini krım tatarlarına dövlət orqanlarında təmsilcilik kvotalarını nəzərdə tutan maddənin Konstitusiyaya əlavə olunmayacağını deyib.

Qriqori İoffe bildirib ki, Rusiya qanunvericiliyində belə bir hüquqi normanın nəzərdə tutulmadığı üçün həmin qayda Konstitusiyada əks oluna bilməz. Spiker müavini krım tatarlarına başqa zəmanətlərin veriləcəyi barədə vədlərin qüvvədə qaldığını təsdiqləyib.

Bundan əvvəl krım tatarlarına 20 faizlik kvotaların ayrılacağı vəd edilmişdir .

14.42

Krım tatarlarının Məclis sədri Refat Çubarov deyib ki, Krım tatarları yaşadıqları bu ərazidə milli-mədəni muxtariyyət yaradacaqlar.


Qurultayda hesabat nitqi ilə çıxış edən Çubarov bildirib ki, artıq Krım xalqının milli-mədəni muxtariyyətinin yaradılması isitqamətində hüquqi prosedurlara başlanılıb. "Biz Krım tatarlarının öz müqəddəratını müəyyən etmə hüquqlarının tanınmasını tələb edirik və bu hüququmuz tanınmalıdır" - deyə Çubarov vurğulayıb.
Çubarov onu da əlavə edib ki, qurultay bu məsələ ilə bağlı Məclisə müəyən səlahiyyətlər verməlidir.

10.32

Bu gün Krım tatar xalqının növbədənkənar qurultayı keçiriləcək.Publika.Az – ın verdiyi xəbərə görə, bu barədə Krım baş nazirinin müavini Rustam Temirgaliev “Feysbuk” səhifəsində yazıb.

Qurultayda Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinov və Tatarıstan prezidenti Rüstəm Minnixanov iştirak edəcək.

“Krım tatarlarının gələcəyi haqqında çox mürəkkəb müzakirələr olacaq. Əminəm ki, sağlam düşüncə əsassız qorxulara qalib gələcək və Krım tatarlarının tarixində yeni mərhələ başlanacaq. Bu çoxmillətli Rusiyanın tərkibində inkişaf və çiçəklənmə mərhələsi olacaq”, - R.Temirgaliev yazıb.

Dünən isə Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cemilov Brüsseldə Avropa Şurasında çıxış edib.Onun sözlərinə görə, Krım tatarları macəraçı və xəyalpərəst deyil və Krım tatarları bütün dünyaya işğalçı və imperialistlərin seçdiyi yolu nümayiş etdirəcək.

“Rusiyanın keçirdiyi referendumdan fərqli olaraq bizim referendum saxta olmayacaq. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasındakı çıxışım zamanı mən bu problemə mütləq toxunacam. Krım tatarları yarımadanın statusu ilə bağlı öz referendumunu keçirəcəklər. Ola bilsin ki, Rusiya referendumun işıqlandırılmasını bütün azad dünya üçün qadağan edəcək. Onda bütün dünya şahid olacaq ki, Rusiya Krım tatarlarının hüquqlarını gözləmək niyyətində deyil. Bu hərəkətlər işğalın nəticələrini dünyaya əyani şəkildə göstərəcək”, - deyə o qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm