• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sürgündə Güney Azərbaycan Parlamenti

  • Dünya
  • 29 Mart 2014 10:37
  • 553 Baxış
Sürgündə Güney Azərbaycan Parlamenti

Sürgündə Dövlət və ya Parlament ne demekdir?

Dövlət nə deməkdir? Dövlət Torpaq, insan topluluğu və egəmənliklə-hakimiyətlə karakterizə edilir. Sürgündə dövlət və ya Parlament daha çox 20-ci yüzilə məxsus siyasi bir oluşumdur. Özünü yurd saydığı torpaqlar üzərində egəmən və özgür hesab etməyən, özünü işğalda düşünən toplumun mübariz övladları tərəfindən millətin demokratik egəmənliyini öz torpaqları üzərində olmasa da kənarda qurmaq və qələbəyə qədər onun milli iradəsini bir türlü təmsil etməkdir.

“Sürgündə dövlət və ya parlament” 1. Dünya savaşının ardınca böyük dövlətlər arasında əsasən sümürülən bölgələr üzərinə var olan sorunların dinc yollarla çözülməsini qarşısına məqsəd qoyan və 1919-cu il tarixində İsveçdə qurulan “Millətlər Cəmiyəti – League of Nations” ilə hüquqi əsasən də siyasi ortamda gündəmə gəlmişdir. Sorunları çözməkdən aciz qalan bu qurumun 1946-cı ildə buraxılmasına qərar verilmişdir. 2. Dünya savaşı dönəmində günün daha aktual mövzusu olmuşdur. 24 Oktyabr 1945-ci ildə 51 ölkənin üyəliyi ilə əsası qoyulan Birləşmiş millətlər Təşkilatı (United Nations Organization) tərəfindən ələ alınan “Qəyyumluq-Guardianship” ilkəsi bu sürgündə dövlət və ya parlament məsələsini daha faal biçimdə isarətdəki millətlər arasında gündəmə gətirmiş oldu və hala bu sürəc çözülməmiş bir sorun olaraq siyasi-hüquqi bəzən də nizami-hərbi zəmində özünü isarətdə hesab edən millətlərin nümayəndələri tərəfindən davam etdirilməkdədir. Vaxtı ilə ölkəni tərk etmək zorunda qalan “Qacar Türk Dövləti” illər boyu sürgündə Qacar sülalə dövləti olaraq ömrünü sürdürməsi, Doğu Türkistanlıların, Tibetlilərin, Ukrayna Tatarlarının və Kürdlərin qurmuş olduqları “Sürgündə Parlament” buna açıq örnəkdir.

Sürgündə Güney Azərbaycan Parlamenti

Güney Azərbaycan türklüyü İranın, Qafqazın, Bölgənin və ümumən Türk dünyasının gələcək taleyində olduqca önəmli rol oynayacağı üçün bölgəsəl və kürəsəl güclər tərəfindən tamam ilə fərqli yanaşmalara məruz tutulmaqdadır. Bu siyasi cərəyanın qələbəsi bölgədəki bir çox riyakarcasına işlənmiş soyqırımlara və işğallara səbəb olmuş 100 illik oyunların hər iki tərəfinin yada bir tərəfinin ağır iflası ilə sonuçlanması deməkdir. Bu bir tərəfin hansı tərəf olması da bizim üçün önəmlidir. Ancaq bizim üçün ən önəmlisi gerçək kimliyimiz, bağımsızlığımız və özgürlüyümüzdür. –

Üzərində kilitləndiyimiz bu türklük İslam öncəsi mübahisəli tarix bir kənara, İslamdan sonra 1100 il müddətində nüfus olaraq ölkənin çoxunluğunu oluşduran egəmən güc olmuşdur və bu hakimiyətini 1925-ci il tarixinə qədər davam etdirmişdir.

Bu müddətcə, bu ölkədə, çoxunluğu oluşduran bu türklər tərəfindən sağ-sol uğrunda çoxları mücadiləyə atılmış və çoxları da öldürülmüşdür. Ancaq bu 100 ildə heç bir türk mübarizi rasist, panfarsist və türk düşmənliyi edən bir canini (Etnosid və ya genosid olaraq) türk düşmənliyi etdiyinə görə infaz etməmişdir. Bir Əhməd Kəsrəvi İnfaz edilmişdir, oda Türk düşmənliyi etdiyinə görə deyil, İslamı təhqir etdiyinə görə Səfəvinin rəhbərlik etdiyi “İslam Fədayiləri” tərəfindən infaz edilmişdir. Biz təmsil etdiyimiz bu millətin bu 100 ildə necə bir dəhşətli faciələrə məruz qaldığını və niyə qaldığını, kimlər tərəfindən hansı şəkildə qaldığını hələ də düzgün dərk etməmişik.

1979-cı il devrimindən həmən sonra “Xəlq-Müsəlman Partısı”nın yaranması, Prof. Dr. M. Zehtabinin (Kirişçinin) barmaq sayındakı silahdaşları ilə birgə sərasəri-ölkə çapındakı təşkilatlar içində “Xəlq-Müsəlman partısını” savunaraq, MADF - Müstəqil Azərbaycan Demokrat Firqəsi-ni qurub faaliyətə başlamaları və digər tərəfdən Prof. Dr. Cavad Heyyət kimi olduqca layiq bir şəxsiyətin başçılığında dəyərli “Varlıq” topluluğunun yaranması və hayatı boyu İranın Sağ və Solu qarşısında yeri gəldikdə tək başına Türk millətini türk olaraq savunan Əli Təbrizlilərin faaliyətləri biz məzlum türklərin bozarmış üzünə Günəş kimi doğdu. O gündən itibarən biz türklər üçün “titrəyib özünə dönüş” mücadiləsi başlamış oldu.

Indi bu türklüyə dayanan milli mübarizə Güney Azərbaycanın alternativsiz siyasi xəttinə çevrilmək iddiasında olmaqla yanaşı ölkə boyunda türklərin günü-gündən titrəyib özünə dönməsinə cəsarət verməklə bərabər uzun müddətcə aşağılandırılmış türklüyünə öz milləti içində sevgi və məhəbbət qazandırmaqdadır.

Ölkədə türklərin sayına gəldikdə demək lazımdırki düzgün olmayan bir çox rəqəmlərlə üzləşməkdəyik. Bunun əsas səbəbi ölkədə millətlər üzərinə rəsmi sayımın aparılmamasıdır. Amma son dönəmdə əldə edilən iki rəqəm bizcə nisbətən gerçəkliyi əks eliyəbiləcək rəqəmlərdir.

  1. Rəsmi maqamat tərəfindən verilən bilgilər; Təhsil Nazirliyi tərəfindən aşıqlanan rəqəmə görə Fars dillilərin sayı ölkə nüfusunun %30-nu, Xarici İşlər Nazirliyinin açıqlamasına görə isə Türklərin sayı ölkə nüfusunun %40-nı oluşdurur.
  2. Yazar tərəfindən aparılan uzun sürəli araşdırmalarla əldə edilən rəqəmə görə indi ölkə nüfusunun yaxlaşıq 40 milyonunu türklər təşkil edir

Indiki durumda bu yaxlaşıq 40 milyon türkün milli iradəsini hansı siyasi cərəyan təmsil edir sorusuna gəldikdə bildirmək lazımdır ki, bu millətin milli iradəsini “Güney Azərbaycan Milli Hərəkəti” təmsil edir.

Hərəkətin gerçək simaları təmkinli olaraq, olduqca qarma-qarışıq görünən bu siyasi durumu dərindən anlayacaq bir biçimdə ələ almalıdır. Və Unudulmamalıdır ki, üç əsas siyasi-fikri xətt üzərinə ayrışmada olan bu hərəkətin Rasist-Antitürk Fars sisteminə qarşı birgə bütöv mübarizəsini qoruyub saxlamaq hərəkətin qələbəsi üçün həyati önəm daşıyır.

40 milyon türkün milli iradəsini xaricdə təmsil etməkdə israrlı görünən bu siyasi milli hərəkətçilərin Lobiçilik faaliyətləri bu durumda buna qadırdımı!?

Fərdi bağımsız faaliyətlərlə yanaşı 5-10 nəfərdən oluşan təşkilatcıqlarla-quruplarla və davam edən qarşılıqlı didişmələrlə bu ağır durumu kontrol etmək və hərəkətin dış qolunu düzgün yönəltmək qətiyən mümkün deyildir.

Demək bir mərkəzdə birləşmək qaçınılmazdır. Bununlada “Sürgündə Güney Azərbaycan Parlamenti”ni qurmaq ideyası, bir ideya kimi olduqca dəyərli və düzgündür. Bunu düzgün dəyərləndirmək hər birimizin üzərinə düşən önəmli bir görəvdir.

Tənqid:

  1. Danimarkanın başkəndi Kopenhagendə 15 mart 2014 tarixində keçirilən toplantı da “Sürgündə Parlament” qurmaqla bağlı yayqın demokratık prosedorlara oyulmaması inciklik doğuran məsələlərdəndir;
  2. Mənə görə zamanlaması mübahisəlidir. Tələskənliyə yol verilmişdir. Erkən doğuş misalı yeni sorunlar yarada bilir. Ancaq atalar demişkən buda “qonşumuzun iltifat buyurduğu mamalığının məharətindən asılıdır.” Umarımkı yeni bir sorunlarla qarşılaşmarıq;
  3. hərəkətin əsil sabiqəli gənc kadrları ilə məsləhətləşmələrin aparılmaması;

Təqdir və təşəkkürlər:

  1. “Sürgündə Güney Azərbaycan parlamenti”nin qurulmasına dair atılmış bu ilk hazırlıq addımını olduqca dəyərli ve yerində atılmış addım hesab edirəm. Bundan dolayı mütəşəbbislərinə şəxsim adına təşəkkür edirəm;
  2. Qeyd edilən toplantıya qatılan Əhməd bəy Obalının, toplantıda qəbul edilən bəyanatlarda yol verilmiş qusurlara yönəlik dürüst düzəliş etməyə çalışması olumlu addım kimi qarşılanması lazım;
  3. Bu 11 ildə haqqımda olan, olduqca ağır itkilərə səbəb olan haqsızlıqları birlik və bərabəlik adına güzəştə gedərək bildirirəm ki, qeyd edilən toplantıda uzun sürə çiyin-çiyinə bərabər mücadilə etdiyimiz, bütün tənqidlərimə rağmən sayıb-saydığım şəxsiyətlərdən olan Dr. Mahmud Əli bəy Çehreqanlını digər tərəfdən Eldar bəyi, ayrıca Lobiçilik siyasətində atmış olduğu başarılı addımları ilə özünü fərqləndirən Əhməd bəy Obalını bu toplantıda digər dostlarla bərabər bir yerdə görmək sevindiricidir. Bundan dolayı hər birinə şəxsim adına təşəkkür edirəm.

“Dalğa aşabiləcəyi yolu bulmayınca aşıb keçəbilməz.” ya “pisdən-yaxşıdan olması gərəkən olacaqdır, adamısansa yaxşılıqdan dalı qoyma!”. Bu durumda hərəkətin əsil simalarının üzərinə “Sürgündə Güney Azərbaycan Parlamenti”nin qurulmasında, sağlam tutulmasında, becərikli bir biçimdə idarə edilməsində, milli hərəkətçiləri bir arada vahid bir yumuruq kimi birləşdirməkdə, Azərbaycan dövlətçiliyinin mənafeyi icabınca çıxış etməkdə olduqca böyük bir vəzifə düşür.

Mənim Türkiyədə belatəklif-bəlirsiz durumum hala davam etdiyinə görə bu qonu üzərinə aktiv faal olabilməsəm də, mümkün qədər faydalı olmağa çalışacağam. Ancaq hərəkətçi dostları burada faal iştirak etməyə çağırıram. Bu kimsənin allah eləməsin şəxsi mülki və ya şəxsi işi deyildir, küsməyə gərək yoxdur. bu bir milli vəzifədir. Umarım birgə atacağımız bu addım Milli hərəkətin keyfiyətcə yüksəlişini, sistemli faaliyətini və təxəssüsiləşməsini sağlasın.

Sayğılarımla
Rəhim Cavadbəyli

Türkiyə-Eskişehir

26 Mart 2014

Xəbər lenti

DAHA ÇOX XƏBƏR