İraqda 30 hərbçi öldürüldü
Bizi izləyin

Dünya

İraqda 30 hərbçi öldürüldü

İraqın qərbindəki Ənbar vilayətində hərbçilərlə döyüşçülər arasında baş verən toqquşmalar zamanı 30 hərbçi öldürülüb, 50-dən çox adam yaralanıb.

Reuters agentliyinin məlumatına görə, döyüşlər Fəlluca şəhəri yaxınlığında, "İraq və Levantedə İslam Dövləti" adlı ekstremist qruplaşmanın mövqelərinin artilleriya atəşinə tutulmasından sonra başlayıb.

Döyüşçülər buna cavab olaraq, uğurlu hücum həyata keçirərək hökumət ordusunun bir neçə dayaq məntəqəsi və körpülərini ələ keçirib. Hazırda döyüşlərin davam etdiyi bildirilir.

Qeyd edək ki, ötən ilin dekabrından bəri İraqın ən qeyri-sabit əyalətlərindən biri hesab edilən Ənbar vilayətində anti-terror əməliyyatı keçirilir. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm