• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin BMT baş katibinə söz verdi

  • Dünya
  • 29 Mart 2014 13:39
  • 683 Baxış
Putin BMT baş katibinə söz verdi

"Rusiyanın Ukraynaya qarşı heç bir hərbi müdaxilə niyyəti yoxdur". Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun Rusiya prezidenti Vladimir Putinin sözlərinə istinadən bu cür açıqlama verib. Buna rəğmən BMT-nin Nyu-Yorkdakı iclasında çıxışı zamanı Ban Ki Mun Rusiya və Ukraynanı regionda gərginliyi azaltmağa çağırıb.

'Mən hər iki ölkə liderlərini ehtiyatsız hərəkətlərdən çəkinməyə təkid etdim. Tərəflər problemləri həll etmək məqsədilə təcili olaraq birbaşa konstruktiv dialoqlara başlamalıdırlar. Hazırkı gərgin vəziyyətdə isə kiçik bir qığılcım belə tərəflər arasında ağır fəsadlar doğura bilər', - deyə BMT-nin baş katibi, Ban Ki Mun bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da Putinlə Ukrayna problemlərinin sülh yolu ilə həlli haqqında danışıb.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Vladimir Putini rus ordusunu Ukrayna ilə sərhəd ərazilərdən geri çəkməyə çağırıb.

Ağ evdən bildirilib ki, prezident Obama Rusiyanın konkret olaraq diplomatik böhranla bağlı təkliflər hazırlamasını istəyib. Daha sonra prezidentlər razılaşıb ki, Kerri və Lavrov növbəti addımları müzakirə etmək üçün görüşsün.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR