"Rusiya Ermənistanı özünə birləşdirəcək”
Bizi izləyin

Dünya

"Rusiya Ermənistanı özünə birləşdirəcək”

Erməni şərhçi Naira Ayrumyan bu fikirdədir ki, Rusiya Krımdan sonra Ermənistanı özünə birləşdirəcək.

Erməni şərhçi Naira Ayrumyan bu fikirdədir ki, Rusiya Krımdan sonra Ermənistanı özünə birləşdirəcək.

Şərhçi qadın bu barədə bu gün erməni mətbuatında dərc olunmuş məqaləsində bildirib.

Naira Ayrumyan yazır: “Krımın Rusiyaya birləşdirilməsindən sonra Qara dəniz donanması “xarici” baza statusunu itirib. Faktiki olaraq Rusiyanın bazaları yalnız Ermənistanda və Tacikistanda qalıb. Rusiyanın 102-ci bazası Ermənistanın şimalında yerləşir. Məhz şimal rayonları Rusiyaya xüsusi meylliyi ilə seçilir.

Ermənistandan olan əmək miqrantlarının ümumi sayında bu regionların xüsusi payı həddindən artıq böyükdür. Həmçinin, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyanın sözlərinə görə, hazırda Ermənistan əhalisinin 10%-nin Rusiya vətəndaşlığı var. Ermənistanda onların böyük əksəriyyəti ikili vətəndaşlığı olan insanlardır”,- deyə erməni şərhçi yazır.

Naira Ayrumyan həmçinin Dövlət Dumasının keçmiş sovet respublikalarının sakinlərinə Rusiya vətəndaşlığı verilməsini də asanlaşdırmaq niyyətində olduğunu yada salıb: “Bu, o deməkdir ki, Ermənistanda Rusiya vətəndaşlarının xüsusi payı kəskin arta bilər, xüsusilə də şimal rayonlarında. Nəticədə, Ermənistanın şimalında Rusiya üçün “əlverişli” məqam yaranar, hərbi bazanın olması və çox sayda Rusiya vətəndaşları öz sözünü deyər”. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm