Saakaşvili internet vasitəsi ilə ifadə verəcək
Bizi izləyin

Dünya

Saakaşvili internet vasitəsi ilə ifadə verəcək

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili internet vasitəsi ilə şahid qismində məhkəməyə ifadə verməyə hazırdır.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili internet vasitəsi ilə şahid qismində məhkəməyə ifadə verməyə hazırdır. Bu haqda Tiflisin keçmiş meri Qiqi Uqulava məlumat verib.

“Bir neçə saat öncə mən Saakaşvili ilə bu mövzuda söhbət aparmışam. Söhbət əsnasında Saakaşvili qeyd edib ki, o özünü qanundan üstün tutmaq niyyətində deyil. Əgər hakim Saakaşvilini dindirməyi lazım bilərsə, o zaman o, məhkəməyə Skype vasitəsilə qoşulub ifadə verəcək” - deyə Uqulava vurğulayıb.

Qeyd edək ki, bundan bir qədər öncə, yəni martın 27-də prokurorluqdan bildirilib ki, Saakaşvili bir neçə cinayət işi üzrə şahid qismində ifadə vermək üçün idarəyə çağrılıb. Lakin həmin vaxt Gürcüstanda olmayan Saakaşvili Tiflisə gəlməyəcəyini və istintaqla əməkdaşlıq etməyəcəyini söyləyib.

Prokurorluq bundan sonra keçmiş prezidentə skype vasitəsi ilə ifadə verməyi təklif etsə də, sabiq dövlət başçısı bu təklifi rədd edib. /azvision/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm