Misirdə prezident seçkiləri mayın 26-27-də keçiriləcək
Bizi izləyin

Dünya

Misirdə prezident seçkiləri mayın 26-27-də keçiriləcək

Demokratik yolla seçilmiş prezident Məhəmməd Musrinin devrilməsindən sonra Misirdə növbədənkənar prezident seçkisi mayın 26-27-də keçiriləcək. Musavat.com-un Rusiya mənbəyinə istinadən verdiyi məlumata görə, ölkənin Ali Seçki Komissiyasından bildiriblər k

Demokratik yolla seçilmiş prezident Məhəmməd Musrinin devrilməsindən sonra Misirdə növbədənkənar prezident seçkisi mayın 26-27-də keçiriləcək. Musavat.com-un Rusiya mənbəyinə istinadən verdiyi məlumata görə, ölkənin Ali Seçki Komissiyasından bildiriblər ki, əgər birinci turda qalib müəyyən olunmasa, o zaman ikinci tura gediləcək.

Qeyd edək ki, əvvəl seçkilərin apreldə keçiriləcəyi bildirilmişdi.

Xatırladaq ki, bu günlərdə Misirin müdafiə və hərbi sənaye naziri, hərbi çevrilişin əsas fiquru Abdel Fattax al-Sisi ölkə prezidenti seçkilərinə qatılacağını bəyan edib. O, həmçinin müdafiə naziri postundan istefa verdiyini açıqlayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm