Fətullah Gülənin kəndində MHP qalib gəlir
Bizi izləyin

Dünya

Fətullah Gülənin kəndində MHP qalib gəlir

Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanır. Hurriyyet.com.tr-nin xəbərinə görə, Fətullah Gülənin kəndi olan Ərzurumun Pasinlər İlçəsinə bağlı Korucuk kəndində MHP qalib gəlib. Burada MHP AKP-dən böyük üstünlüklə irəli keçə bilib.

Bu isə F.Gülənlə baş nazir Ərdoğan arasındakı çəkişmənin səsvermənin nəticələrinə təsir etdiyini deməyə əsas verir.

Qeyd edək ki, F.Gülən Korucuk köyündə 1941-ci ildə dünyaya gəlib.

Yerli seçkilər öncəsi MHP bayraqlarının dalgalandığı Korucuk kəndində Pasinler Bələdiyyə sədrliyi seçkiləri üçün MHP-yə 194, AKP-yə 40 səs verilib. Büyükşehir bələdiyyə sədrliyinə seçkilərdə isə MHP 201, AKP 36 səs yığıb.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm