AKP-li millət vəkili istefa verdi
Bizi izləyin

Dünya

AKP-li millət vəkili istefa verdi

AKP-nin Kayseri millət vəkili Əhməd Öksüzkaya partiyadan istefa verib.

AKP-nin Kayseri millət vəkili Əhməd Öksüzkaya partiyadan istefa verib.

Bu barədə Türkiyə parlamentinin spikerinin müavini Sadiq Yaqut məlumat verib. Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Əhməd Öksüzkayanın partiyadan istefası ilə bağlı açıqlamasında qərarın təkrar düşünülməsini istədiklərini, ancaq Öksüzkayanı fikrindən daşındıra bilmədiklərini bildirib.

Millət vəkili seçki nəticələrinə təsir etməmək üçün qərarını səsvermə bitəndən sonra bəyan edib.

İstefasını Tvitter sosial şəbəksindən bəyanh edən millət vəkili Əhməd Öksüzkaya, son zamanlar demokratiya, hüquq və uzlaşma mövzularındakı partiya siyasəti ilə şəxsi görüşlərinin uyğunlaşmadığını yazıb. Öksüzkayanın paylaşdığı şərhi belədir:

"2002-ci ildən bəri, xüsusilə ilk iki dövrdə ulduzu parlayan bir ölkə mövqeyinə gəlməymizdə mənsubu olduğum partiyanın töhfəsi böyükdür. Millətimiz və dünya millətləri bu inkişafları təqdirlə qarşılayıb. Ancaq, kədərlənərək görürəm ki; son zamanlar da demokratiya, hüquq və uzlaşma mövzularındakı partiya siyasəi ilə şəxsi görüşlırim uyğun gəlmir. Be səbəbdən Ədalət və İnkişaf Partiyasından istefa vermək qərarı aldım. Bu günə qədər birlikdə işlədiyim bütün yoldaşlarımdan haqlarını halal etmələrini xahiş edirəm. Millətimizə və şəhərimə müstəqil olaraq xidmət etməyə davam edəcəyəm."

Əhməd Öksüzkayanın bu bəyanatından əvvəl Ankarada səs verdikdən sonra Kayseriyə gələn enerji naziri Taner Yıldız millət vəkili Əhməd Öksüzkaya ilə görüşüb. Ancaq nazir Yıldızın Öksüzkayanı istefa qərarından imtina etdirə bilmədiyi deyilir.

Əhməd Öksüzkaya kimdir?

Əhməd Öksüzkaya, 25 İyul 1960-cı ildə Kayseridə doğulub. Atasının adı Süleyman, anasının adı Nebahatdır. Auditordur; Qazi Universitetində Mətbuat- Nəşriyyat İnstitutu və Anadolu Universiteti İqtisad Fakültəsini bitirib. Maliyyə müşavirliyi edib. Kayseri Auditorlar Palatasının üzvü olub. Burda baş katib və sədr müavini olub. Türkiyə auditorlar palatasında çalışıb. Bələdiyyə Məclisinin üzvü olub. 23. çağırış Kayseri millət vəkili seçilib Orta səviyyədə ingiliscə bilən Öksüzkaya, evlidir,3 uşaq atasıdır.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm