Dünya
Türkiyədə 76 vilayətdə bələdiyyə sədrləri müəyyənləşdi - Yenilənir
Türkiyədə keçirilən bələdiyyə seçkilərində 70-dən çox vilayətdə bələdiyyə sədrləri müəyyənləşib."Anadolu" agentliyi xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 76 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub.
48 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 11 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib.
Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.
09:34
8-ci dəfə seçkilərdən qalib çıxan Ərdoğan siyasi rekordunu yeniləyib.
Publika.az-ın xəbərinə görə, 2009 seçkilərində 38 faiz səs toplayan AKP bu dəfə 46.72 faizlə rekord təzələyib.
Ərdoğan "Seçki qutusu kimin qazanadığını deyil,kimin itirdiyini göstərir" sözləri ilə qələbəsini bayram edib.
2009-cu ildə R.T.Ərdoğanın partiyası 38,8 faiz səs toplamışdısa, bu seçkilərdə 45,56 faizdən daha çox səs qazanıb. Belə ki, 2009-cu ildə 15 milyon 459 min səs alan AKP hazırda 20 milyon 091 min səs alıb. AKP-dən sonra ikinci yeri tutan ana müxalifət partiyası da mövqeyini gücləndirib.
2009-cu ildə CHP 23,1 faiz (9 milyon 219 min səs) almışdısa, hazırda bu rəqəm 27,91 faiz (12 milyon 207 min səs) qazanıb. MHP isə 15,16 faizlə 2009-cu ildə topladığı 16 faizlik mövqeyini qoruya bilməyib.
Halbuki Hizmət hərəkatının lideri Fətullah Gülənlə aralarında yaşanan mübarizədən və 17 dekabr rüşvət əməliyyatından sonra hakim AKP-nin bu seçkilərdə ciddi uğur qazanmayacağı barədə proqnozlar verilirdi.
Əhməd
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO