Ankaranın qalibi bəlli oldu - Yenilənir
Bizi izləyin

Dünya

Ankaranın qalibi bəlli oldu - Yenilənir

Ankarada baş-başa mübarizə gedir

Türkiyə bələdiyyə seçkilərində Ankarada da qalib bəlli oldu. Son məlumatlara görə, səslərin 99,5 faizi sayılıb. Açılan seçki qutularına görə, AKP-nin namizədi Melih Gökçek 44,5 faiz səslə seçkiləri qazanıb, CXP-li Mansur Yavaş isə 43,9 faiz səslə ikinci olub.

10.10

Türkiyənin paytaxtı Ankarada bələdiyyə seçkilərində inanılmaz bir seçki yarışı gedir.Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ankaranın 3 nöqtəsində səslər yenidən sayılır.

Hazırda Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Melih Gökçek ilə Cümhuriyyət Xalq Partiyasının (CXP) namizədi Mansur Yavaş baş-başa mübarizə aparır. Həm AKP, həm də CXP Ankarada seçkiləri qazandığını bildirir. M.Gökçek “Seçkiləri minimum 30 min səs fərqi ilə qazandıq” söyləyib.

“Anadolu” agentliyi məlumatlarına görə, seçki qutularının 99,5 faizi açılıb. Hazırkı nəticələrə görə, AKP 44,75, CXP isə 43,82 faiz səs qazanıb. “Cihan” xəbər agentliyi ilə səslərin 97,68 faizinin sayıldığını xəbərə verib. AKP-nin namizədi M.Gökçek bu nəticələrə görə, təxminən 13 min səs öndədir. Seçkilərin qəti nəticələrinin bu gün günorta saatlarında bəlli olacağı gözlənilir.

M.Gökçek partiyadaşlarının təbriklərini qəbul edib. “Allaha həmd olsun, qələbə qazandıq. Bizim hesablarımıza görə, minimum 30 min səs öndəyik. Sayılmayan isə 62 seçki qutusu var. Mən bütün ankaralılara təşəkkür edirəm. Aydındır ki, bu seçkilərdə Ankaranı zəif halqa olaraq gördülər. Mən bu seçkilərdə səs faizimi keçən seçkilərlə müqayisədə 6 faiz artırdım”, - AKP-nin namizədi söyləyib.

CXP-nin namizədi M.Yavaş isə daha əvvəl verdiyi açıqlamada 27 min 507 səs fərqi ilə öndə olduğunu, “Gökçek dövrü bitmişdir, hamınıza uğurlu olsun” söyləyib.

AKP və CXP namizədləri arasında bu axşam başlayan polemikadan sonra Çankayada gərginlik yaranıb. AKP-lilərlə CXP və MHP-lilərin təşkil etdiyi qruplar arasında qarşıdurma yaşanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm