Qarsın bələdiyyə sədri Azərbaycan türkü seçildi - FOTO
Bizi izləyin

Dünya

Qarsın bələdiyyə sədri Azərbaycan türkü seçildi - FOTO

Qarsın bələdiyyə başqanı Azərbaycan türkü seçildi

Dünən Türkiyədə keçirilən yerli bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından Qars Şəhər

Bələdiyyəsinə namizədliyini irəli sürən Murtaza Karaçanta seçkiləri qazanaraq, şəhərin bələdiyyə başqanı seçilib.

Onu xatırladaq ki, Murtaza Karaçanta eyni zaman Qars Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri olub və bölgədə nüfuzu ilə seçilən şəxslərdəndir. Əslən Qərbi Azərbaycandandır.

Murtuza Karaçantanı yaxından tanıyan BayMedia saytının redaktoru, jurnalist Elnur Eltürk Murtaza bəyi çalışqan, səmimi və vətənpərvərliyi ilə seçilən şəxs olduğunu bildirib: ”Qarsda Azərbaycanla bağlı bir sıra mədəniyyət tədbirlərinin keçirilməsinin təşkilatçılarından olub. Millətçi Hərəkat Partiyası çox düzgün addım ataraq, onun namizədliyini irəli sürdü. Nəticədə də istədikləri kimi oldu. Onun Qarsda böyük nüfuzu var. Seçkiləri qazanması real idi.

Hər şeydən öncə Qarsın Azərbaycan üçün strateji önəmi var. Ermənistan hər zaman Qarsda mövqeylərinin güclənməsini istəyib və orda milliyyətçi düşüncəli insanların rəhbərliyə gəlməsindən narahat olub. Əgər xatırlayırsınızsa, bir neçə il bundan öncə Türkiyə-Ermənistan dostluq abidəsi orda inşa edilmişdi və sonradan söküldü. Buna qarşı ən sərt etirazını bildirənlərdən biri də,Murtuza Karaçanta olmuşdu. Mən Murtaza bəyi və seçkilərdə əziyyət çəkən şəxsləri təbrik edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm