• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya geri çəkilir

  • Dünya
  • 31 Mart 2014 13:08
  • 509 Baxış
Rusiya geri çəkilir

Ukrayna ilə sərhəddə yerləşdirilən Rusiya qoşunlarının sayı azaldılıb.Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-Siyasi Tədqiqatları Mərkəzinin rəhbəri Dmitri Timçuk “Feysbuk” səhifəsində yazıb.

"İstirahət günlərində sərhəddə boşalmanı müşahidə edirik. Rusiya Federasiyası ilə sərhəd rayonlarda Rusiya hərbçilərinin sayı təxminən 10 mindir”, - D.Timçuk yazıb.

Mərkəz rəhbəri Rusiyanın Ukraynaya müdaxilə ehtimalının da azaldığını bildirib:“Müdaxilənin ehtimalı da hiss olunacaq dərəcədə azalıb. Əgər bir həftə əvvəl Rusiyanın müdaxilə ehtimalını 80 faiz olaraq qiymətləndirirdiksə, hazırda bu ehtimal 50 faizdir”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Qərb mətbuatı Ukrayna ilə sərhəddə 100 minə qədər Rusiya hərbçisinin toplandığını və Ukraynaya müdaxilə üçün Vladimir Putinin əmrini gözlədiyini yazmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR