Putin Krımla bağlı nazirlik yaratdı - Yeniləndi
Bizi izləyin

Dünya

Putin Krımla bağlı nazirlik yaratdı - Yeniləndi

Rusiya baş naziri Krıma gəlib

Rusiya prezidenti Vladimir Putin Krım işləri üzrə Rusiya Federasiyasının Nazirliyinin yaradılması ilə bağlı fərman imzalayıb.

Publika.Az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya iqtisadi inkişaf nazirinin müavini Oleq Savelyev yeni yaradılan quruma rəhbər təyin edilib. Fərmana görə, nazirliyin səlahiyyətlərinə Krımın inkişafı üzrə dövlət proqramlarının hazırlanması, bu proqramların həyata keçirilməsi üçün fəaliyyətin koordinasiyası və onların Rusiya qanunvericiliyinə uyğunluğunun təmin edilməsi daxildir.

Rusiyanın Baş naziri Dmitri Medvedev Krımda keçirilən RF hökumətinin iclası zamanı bildirib: "İki əmr imzalanıb. Biri Krımın işləri üzrə Nazirliyin yaradılması, ikincisi isə Oleq Qenrixoviç Savelyevin nazir təyin edilməsi haqqındadır".

Ömər Dağlı

14.10

Rusiya baş naziri Dmitri Medvedev Krıma gəlib.Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində regionun inkişaf perspektivləri ilə bağlı müzakirələr keçiriləcək.

Rusiya baş nazirinin bu səfəri Rusiya rəsmilərinin indiyə kimi Krıma etdiyi ən yüksək səviyyəli səfərdir. D.Medvedev sözügedən səfərlə bağlı hələ keçən həftə məlumat vermişdi.

Qeyd edək ki, Krım Dağıstan Respublikası nümunəsi üzrə yeni Konstitusiyanı qəbul etməyə hazırlaşır. Konstitusiyanın qəbulu üçün referendumun keçirilməyəcəyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm