Məşhur model 40 yaşını qeyd edir
Bizi izləyin

Dünya

Məşhur model 40 yaşını qeyd edir

Məşhur ingilis model Kate Moss 40 yaşını qeyd edir.

1974-cü il yanvarın 16-da dünyaya gələn Moss 14 yaşı olanda tətildən qayıdarkən hava limanında kəşf edilib.

O dövrün modellərindən çox daha fərqli görünən incə bədən quruluşu və özünə xas tərziylə moda dünyasına yeni bir nəfəs gətirmişdi.

Sadəcə gözəlliyi ilə deyil, hərəkətli həyatı, sevgiləri, partiyalara olan düşkünlüyü ilə də jurnalistləri özünə heyran edirdi. Hətta bir vaxtlar kokain vərdişi ilə gündəmə gələn Mossun kariyerasının bitəcəyi ilə bağlı fikirlər var idi. Lakin deyilənlər olmadı və Kate Moss hələ də bütün modellər arasında öz yerini tutur.

Modelin 1995-ci ildən bəri çəkilən şəkillərini və dəfilələrini təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm