Ərdoğandan - Ərdoğana Türkiyə
Bizi izləyin

Dünya

Ərdoğandan - Ərdoğana Türkiyə

Son aylar nələr yaşanmadı ki, amma türk xalqı AKP-yə səs verdi.


Ayaqqabı qutularından tutmuş, nə qutulara kimi dövlətin oğurlunmuş pulları üzə çıxdı. Amma pulu oğurlanan xalq AKP-ni seçdi.


Uşaq qatili terroristlər “barış sürəci” deyə azad olundu. Övlad ağısı ilə yaşayanlar AKP-ni seçdi.
Həbsxanalar ölkənin təhlükəsizliyi üçün canından keçən hərbçilərlə dolduruldu. Hətta hərbi geyimin şərəfi üçün hər şey etməyə hazır olanlar AKP-ni seçdi.

Atatürk təhqir olundu, əyyaş və.s. adlandı. Heykəllərinin önü mitinqlər zamanı biabırcasına qapadıldı. Atatürk ideyaları uğrunda ölümə gedənlər isə AKP-ni seçdi.

Twetter bağlandı. Sosial şəbəkələrdən müntəzəm istifadə edənlər yenə AKP-ni seçdi.


Youtube qapadıldı. Hətta çöryəi ondan çıxanlar onu qapadanları seçdi.

Ərdoğanla oğlunun arasında pul oğurluğu ilə bağlı səs yazısı ortaya çıxdı. Ərdoğanın ucbatından pulsuzluqdan oğlunun üzünə baxa bilməyən ata Ərdoğanın partiyasını seçdi.


Terroristlərə Kandildən-Şimali İraqdan bir-başa dəstək verənlərlə Diyarbakırda əl-ələ sıxdı. Şəhidlər ölməz, vətən bölünməz deyənlər Ərdoğanın qatil əli sıxan partiyasını sevdi.


Gəzi parkı və digər olaylarda çoxlu sayda gənclər öldürüldü, gözündən, sağlığından məhrum olundu. Türk gəncliyi isə oyunu AKP-yə verdi.

Sarayında oturub küçədən keçən qızları izlədi və geyimlərindən danışdı, əxlaqlarına toxundu. Əxlaqı təhqir olunmuş xanımlar Ərdoğanın namizədlərinə səs verdi.


Doğum evinə kimi girdi, doğuş yapan xanıma “haydı, birini də doğ” deyə inad etdi. Şəxsi həyatı, yatağı belə alçalmış qadınlar bəlkə də ərinin deyil, Ərdoğanın sözünü tutdu.


İçki qadağan olundu, marketlərdə müəyyən saatlarda satışı qadağan edildi. Sahibkarlar yenə...


Regionda Suriyada və digər bölgələrdə tutduğu siyasətinə görə, ölkə zaman-zaman terrora, qonşu ölkə tərəfindən atılan mərmi atışına məruz qaldı. Həyatları zəhərə dönən, qorxu içində yaşayanlar bir ağızdan AKP söylədi.

Siyahını uzatmaq olar. Nəinki uzatmaq sonsuza kimi getmək olar...


AKP-nin yerinə hansısa başqa bir partiyaya seçki ərəfəsi bu qədər dəhşətli zərbələr vurulsa, kim bilir hansı biabırçı durumda olardı. Amma AKP nəinki biabır olmadı, hətta sevildi. Öncəki seçimlərdən də daha çox. Niyə?


Cavab sadədir: dinçi partiyanın elektoratı olmur, zombi kütləsi olur. Zombiyə isə kompromat-filanın aidiyyatı olmur. Din bu, abi - siyasətlə psixozun qarışığı. Bölgədə artıq təhlükəli, həm də çox təhlükəli bir toplum ilə qarşı-qarşıyayıq. Və həqiqətən Tanrı türkü qorusun! Amma belə bir toplumu qorumağa Tanrının gücü çatacaqmı?...

Emin Piri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm