• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərdoğan Gülü razı sala bildimi?

  • Dünya
  • 1 Aprel 2014 12:55
  • 289 Baxış
Ərdoğan Gülü razı sala bildimi?

Bələdiyyə seçkilərinin başa çatması ilə gündəmdə yer alan məsələlərdən biri də baş nazir Rəcəb Təyyib Ərdoğanın avqust ayında keçiriləcək prezident seçkisində namizəd olub-olmayacağı ilə bağlıdır. Seçkilərdən sonra baş nazirin əsas diqqətinin prezident seçkilərinə yönələcəyi ilə bağlı iddialar da özünü doğruldur.

Bələdiyyə seçkilərində qələbəsi münasibətilə ənənəvi balkon çıxışında hökumətin yeni “Yol xəritəsi” barədə ipucları verən baş nazirin proqramdan kənar prezident Abdullah Güllə Ankarada görüşdüyü bildirilir.

Publika.Az – ın Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi, prezident seçkiləri və bələdiyyə seçkilərinin nəticələri müzakirə olunub.

Qeyd edək ki, “Milliyyət” qəzetinin yazarı Abdullah Karakuş da AKP kulislerinde qısa müddət ərzində prezidentliyə namizəd məsələsini müzakirə etmək üçün prezident A.Gül ilə baş nazir Ərdoğanın bir araya gələcəyi barədə danışıldığını yazmışdı. “Son zamanlar bəzi qanunlar, o cümlədən internet tənzimlənməsi mövzusunda fikirləri üst-üstə düşməyən prezident və baş nazirin görüşündən çıxacaq nəticə AKP-nin yeni yol xəritəsini də müəyyənləşdirəcək”, - A.Karakuş bildirib.

Məlumata görə, baş nazir bir saat davam edən görüşdən əlində bir dosye ilə çıxıb. Dosyenin XİN - də gedən sohbətlərin yayilması ilə bağlı "casusluq fəaliyyəti" şərti ad verilən məsələ ilə bağlı olduğu ehtimal olunur. Gülün qarşısında isə bir qeydiyyat kitabçası diqqət çəkib.

AKP kulislərində səslənən iddialara görə, Çankaya Köşkünə çıxmaqda israrlı olan Ərdoğan A.Gülü AKP rəhbəri və baş nazir olması üçün razı salmağa çalışır. Deyilənə görə, A.Gülün baş nazir olması barədə razılıq verməyəcəyi də səslənən fikirlər arasındadır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR