Ukraynada qanunsuz birləşmələr tərk-silah ediləcək - Qərar
Bizi izləyin

Dünya

Ukraynada qanunsuz birləşmələr tərk-silah ediləcək - Qərar

Ukrayna parlamenti ölkənin güc strukturlarına qanunsuz birləşmələri tərk-silah etməyi tapşırıb

Ukrayna parlamenti "Ukraynada qanunsuz silahlı birləşmələrin dərhal tərk-silah edilməsi haqqında" qərar qəbul edib.Trend-in çərşənbə axşamı UNİAN-a istinadən verdiyi məlumata görə, qərarın lehinə 256 deputat səs verib.

Qərarda qeyd edilir ki, ölkədə yaranmış fövqəladə ictimai-siyasi vəziyyət, kriminal vəziyyətin gərginləşməsi, xarici vətəndaşların ölkədə sistemli təxribatları ilə əlaqədar Daxili İşlər Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidmətinə qanunsuz silahlı birləşmələri və qanunsuz silah daşıyan ayrı-ayrı vətəndaşları tərk-silah etmək tapşırılsın.

Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm