NATO Ukraynaya hərbi təlimatçılar göndərəcək
Bizi izləyin

Dünya

NATO Ukraynaya hərbi təlimatçılar göndərəcək

"NATO Ukraynaya kritik infrastrukturun qorunması üçün tövsiyələr verəcək və ola bilsin ki, gələcəkdə bu ölkəyə təlimatçıların mobil qrupunu göndərəcək".

"NATO Ukraynaya kritik infrastrukturun qorunması üçün tövsiyələr verəcək və ola bilsin ki, gələcəkdə bu ölkəyə təlimatçıların mobil qrupunu göndərəcək".

Bunu NATO üzvü olan 28 dövlətin XİN başçılarının görüşündən sonra alyansın Baş Katibi Anders Foq Rasmussen bildirib.

"NATO həmçinin Ukraynada hərbi quruculuq prosesinə dəstək verir. Ölkənin müdafiə imkanlarının yaxşılaşdırılması üçün praktiki yardım edilir. Konkret tədbirlər yaxın günlərdə, ay və il ərzində işlənəcək. Bu imkanlar arasında - Ukraynaya hərbi təlimatçıların mobil qrupunu göndərmək, birgə təlimlər keçirmək, NATO və Ukrayna arasında əlaqələri gücləndirmək səyləri də var",- Rasmussen deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm