İlkər Başbuğun azadlığa yolu açılır
Bizi izləyin

Dünya

İlkər Başbuğun azadlığa yolu açılır

Ərdoğan hökumətinin naziri gözlənilməz mesajlar verdi

Türkiyə hökumətindən “Ergenekon” cinayət işi ilə bağlı ömürlük həbs cəzasına məhkum edilən Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general İlkər Başbuğun azadlığa buraxıla biləcəyi ilə bağlı mesajlar verilməyə başlanılıb.

Publika.Az ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, meşə və su işləri naziri Veysəl Eroğlu “Mən Başbuğ haqqındakı iddiaların əsassız olduğunu düşünürəm. Çevriliş fəaliyyətləri içində olanların sayı 5-10-u keçməz. Amma 100 nəfərlik bir heyətin ittiham olunması qəbul edilə bilməz” söyləyib.

Nazir bildirib ki, günahsız olaraq bir çox insanın həbsxanada saxlanıldığını düşünür:

“Əsgərlikdə alt-üst əlaqəsi son dərəcə dəqiqdir. Biri bir seminar təşkil edəndə siyahıda adı olanların “mən gəlmirəm” deməyə şansı da yoxdur. Buna görə də yüksək rütbəlinin çağırdığı bir toplantıya qatıldığı üçün insanı günahkar elan etmək, çevriliş planlarının içində olduğunu göstərmək son dərəcə səhvdir”.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 17 Dekabr “sui-istifadı əməliyyatı”ndan sonra “Ergenekon” və “Balyoz” cinayət işləri əsasında məhkum olunmuş şəxslərin yenidən mühakimə olunmasının mümkünlüyünü söyləyib. Bu barədə müvafiq araşdırma aparılması üçün ədliyyə nazirinə tapşırıq verilib. Adı çəkilən cinayət işlərinin ibtidai və məhkəmə istintaqında qanunsuzluqlar, hüquq pozuntuları aşkarlanarsa, generallar başda olmaqla, məhkum olunmuş şəxslər yenidən mühakimə olunacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm